Həyatınızı asanlaşdırmaq naminə! Müxtəlif mövzularda faydalı məsləhətlər
Bildirchin Posts
Dec 15, 2025
Gündəlik problemləri həll etmək üçün bəzi hiylələr var. Onlar hər kəsin işinə yarıyır və həyatınımızı asanlaşdırır. Onlardan bir neçəsini sizinlə paylaşırıq!
- Yüngül yanıqlar zamanı ilk yardım olaraq diş məcunu və ya kartof dilimindən istifadə edin
- Mebeldə yaranan cızıqları aradan qaldırmaq üçün cızıqlara yunan qozu sürtün
- Təraş aləti vasitəsilə geyimin üzərində olan tiftikləri yox etmək mümkündür
- Telefonun "zaryadka"sının 2 qat daha tez dolması üçün onu uçuş modunda saxlayın

- Yumurtların üzərinə günəbaxan yağı çəksəniz onlar daha gec xarab olacaq
- Boğaz ağrısını aradan qaldırmaq üçün hilli süd için
- Baş ağrısına son qoymaq üçün alnınıza limon dilimlərini yerləşdirin. Sitrus qoxusu ağrını sakitləşdirəcək
- Stresdən azad olmağa nanə qoxusu kömək edəcək. Stressin nə olduğunu anında unudacaqsınız. İkinci çox maraqlı üsul isə, burun və dodaq arasındakı nöqtəyə barmaqla basaraq, stresə qalib gəlməkdir

- Milçək dərmanını ev şəraitində hazırlaya bilərsiniz. Bunun üçün lazımdır: limon dilimi, efir yağları, lavanda və rozmarin
- Soğanın sizi ağlatmasını istəmirsinizsə, soğan doğrayarkən saqqız çeynəyin
- Diş ağrısını kəsmək üçün mixək çeynəyin
- Südün tez qaynaması üçün ona 1 çimdik şəkər tozu əlavə edin
- Ütünü yanıq izlərindən təmizləmək üçün kağızın üzərinə duz səpin və kağızı ütüləyin
Author: Pusta