Yuxu görüb görmədiklərini heyvanlardan soruşmaq mümkün olmasada bir sıra müşahidələrlə onlarında insanlar kimi yuxu görməsi sübut olunmuşdur.
Bəs heyvanlarda insanlar kimi yuxu görürlərsə onlar nə görürlər?

Onların yuxu görməkləri necə müəyyən edilib?

Bütun heyvanlar yuxu görürlərmi?

Heç kim hələdə yuxuların necə yarandığını və nə uçün olduğunu tam müəyyən edə bilməmişdir, ancaq buda həqiqətdir ki,yuxu görmək beynimizə məlumat yığılması və yaddaşın güclənməsi üçün çox faydalıdır. Heyvanlarda insanlar kimi düşünə və xatirə canlandıra bilən varlıqlardır. Onların da beyinlərində yığılan məlumatların insanlardakı kimi dincəlməyə və yenidən işə düşmələrinə ehtiyacları var.
150-dən çox məməli heyvanın yuxusu üzərində edilən tədqiqatlardan sonra delfinlər xaric böyük bir qisminin yuxu gördükləri müşahidə edilmişdir. Balıqların yuxu görmədikləri ehtimal olunur, ancaq digər onurğalıların böyük bir əksəriyyəti yuxu görür. İtlərin yatarkən mırıldaması və bəzi hərəkətləri onların yuxu görməsinin əsas sübutudur.
Author: Cumayev