Skip to main content

Bildirchin.az

Bloq | 1 dəq oxu
Mədə xorasının tarixi haqqında qısa

Mədə xorasının tarixi haqqında qısa

59 0 0

1980-ci illərədək həkimlər düşünürdü ki, mədə xorası (qastrit) və 12 barmaq bağırsağın xorası kimi xəstəliklər stress və düzgün qidalanmama nəticəsində yaranır. 

Ancaq 1982-ci ildə avstraliyalı alimlər Barri Marşall və Robin Uorren bildirdilər ki, onlar insanın mədəsində yaşayan və bu xəstəlikləri törədən bakteriyanı tapıblar. Bu inqilabi kəşf idi, çünki XX əsrdə bioloqlar düşünürdülər ki, mədədə heç bir canlı yaşaya bilməz.

Marşall və Uorren tapdıqları bakteriyanı Helicobacter pylori adlandırdılar.

Eksperiment məqsədilə Marşall bu bakteriyalarla dolu mayeni içib özünü qastritə yoluxdurdu. Sonra isə antibiotiklərlə müalicə olunub sağaldı. 

1994-cü ildə ABŞ Milli Səhiyyə İnstitutu avstraliyalıların nəticələrini təsdiqlədi və bu xəstəliklərin müalicə metodunu dəyişdi. Yəni mədə xorası antibiotiklərlə müalicə edilən xəstəliyə çevrildi.

2005-ci ildə isə Marşall və Uorren Nobel mükafatı qazandılar.

Author: Perishan

Loading next article...

You've reached the end!

You've read articles in this session

Explore More