Skip to main content

Bildirchin.az

Bloq | 2 dəq oxu
Nick Vujicicdan ilham porsiyası

Nick Vujicicdan ilham porsiyası

60 0 0

Nick Vujicic dünyaya nadir bir xəstəliklə gəlmişdir - onun əli və ayaqları yoxdur. Nick uzun müddət xoşbəxt olmağı öyrəndir və o bunu bacardı. İndi isə o, yalnız özü kimilərə deyil, həm də sağlam insanlara ümid və həyat eşqi bəxş edir.

Nick Vujicicin "Sərhədsiz həyat" adlı kitabından ilhamlandırıcı sitatları sizinlə paylaşarıq:

  • Dosta ehtiyac duyduğunuz zamanlarda kiməsə dost olun. Ümidə ehtiyac duyduğunuz anlarda ümid bəxş edin.
  • Heç kəs açmırsa, eyni anda bir neçə qapını döyün.
  • Biz biri-birimizdə pis xüsusiyyətlər və qüsurlar  tapa bilərik. Ancaq mən qızıl zərrəciklərini axtarmağa üstünlük verirəm.
  • Özünüzü elə aparın ki, siz öz əməlləriniz ilhamlandırsın.
  • Özünüzü qəbul etmədiyiniz zaman, başqa insanları qəbul etməyinizə imkan yoxdur.
  • Dünyada bir çox problemlər məndən yan keçmişdir. Əminəm ki, mənim həyatım bir çox insanların həyatından daha asandır.

  • Mən kömək istəməyin lazımlı və vacib olduğunu erkən anladım. Bədəniniz normaldır və ya deyil, fərqi yoxdur: bəzi şeylərin öhdəsindən tək gəlmək mümkün deyil.
  • Həyatınızın sonunu təsəvvür etməyə çalışın. Daha sonra isə elə yaşayın ki, həmin nöqtəyə gəldiyiniz an, heç nə üçün peşimanlıq duymayasınız.
  • Özlərini uğursuz hesab edən insanlar, əl çəkib təslim olduqları zaman uğura nə qədər yaxın olduqlarından xəbərsizdirlər.

  • Əslində xeyirxahlıq toxumlarını əkmək üçün nəhəng işlərə ehtiyac yoxdur. Bəzən kiçik əməllər belə bir insan üçün böyük əhəmiyyət daşıya bilər.
  • Daha bir gün daha bir fürsətdir!

Author: Pusta

Loading next article...

You've reached the end!

You've read articles in this session

Explore More