Skip to main content

Bildirchin.az

Bloq | 2 dəq oxu
Oruc tutmaq barədə 7 yanlış stereotip..

Oruc tutmaq barədə 7 yanlış stereotip..

55 0 0

Yanlışlıq:Çimmək, duş qəbul etmək olmaz. Həqiqət:Olar. Sadəcə, başı bütünlüklə suyun altına salmaq (suya baş vurmaq)
olmaz. 
 
Yanlışlıq:Ağız suyunu
(tüpürcəyi) udmaq olmaz. 
Həqiqət:Oruc tutan şəxsin ağız suyunu udmasında heç bir
məhdudiyyət yoxdur. 
 
Yanlışlıq:Ağzı yaxalamaq və dişləri təmizləmək olmaz.Həqiqət: Olar. Sadəcə, diqqət etmək lazımdır ki, su boğazdan aşağı getməsin. 
 
Yanlışlıq:Orucluq vaxtı toy-bayram keçirtmək olmaz. 
Həqiqət:Mübarək ayda toy etməklə bağlı heç bir məhdudiyyət yoxdur.Məhdudiyyət, hər zaman olduğu kimi, haram məclislərə və bunlara xas atributlaradır. 
 
Yanlışlıq:Namaz qılmayan oruc
tuta bilməz. 
Həqiqət:Bunlar – 2 müxtəlif vacib əməllərdir. Lakin,
onlardan birinin yerinə yetirilməsi digərinin yerinə
yetirilməsindən asılı deyil və bununla şərtlənmir. 
 
Yanlışlıq:Səhvən nəsə
yeyəndə və ya içəndə oruc pozulur və onu artıq davam etmək gərək deyil. 
Həqiqət:Səhvən nəyisə yemək və içmək orucu pozmur. Amma, oruc
tutduğunuzu xatırladığınız anda dərhal qida və maye
qəbulunu dayandırmaq və qida qalığını ağız boşluğundan xaric etmək gərəkdir. 
 
Yanlışlıq:Oruc tutan iynə və peyvənd vura bilməz. 
Həqiqət:Bilər.Məhdudiyyət
yalnız qidanı əvəz edən iynələrə, məsələn, qlükozaya
aiddir.

Author: Bildirchin Blog

Loading next article...

You've reached the end!

You've read articles in this session

Explore More