Skip to main content

Bildirchin.az

Bloq | 1 dəq oxu
Raşmor abidəsi (Rushmore)

Raşmor abidəsi (Rushmore)

58 0 0

Raşmor dağı (Mount Rushmore National Memorial) ABŞ-ın Cənubi Dakota ştatının Kiston şəhəri yaxınlığında yerləşir. Onun qranitində hündürlüyü 18,6 metr olan barelyef düzəldilib. Barelyefdə ABŞ-ın dörd prezidentinin: Corc Vaşinqton, Tomas Cefferson, Teodor Ruzvelt və Avraam Linkoln təsvir edilib. Amerikanın avropalılar tərəfindən məskunlaşdırılmasına qədər dağ yerli hinduların dilində "altı baba" (Six Grandfathers) adlanırdı. Ancaq 1935-ci ildə dağ 1885-ci ildə bura ekspedisiya təşkil etmiş biznesmen Çarlz Raşmorun adı ilə adlandırılıb. O, barelyefin hazırlanmasına o dövr üçün ən böyük məbləğ - $5000 ayırmışdı.

Fiqurun hazırlanmasına 14 il, 1927-dən 1941-ci ilə qədər vaxt sərf edilib. Onun inşasında 400 fəhlə çalışırdı. Memorial ABŞ-ın milli irsi sayılır.

Author: Owl

Loading next article...

You've reached the end!

You've read articles in this session

Explore More