Skip to main content

Bildirchin.az

Bloq | 2 dəq oxu
Saç tökülməsi zamanı faydalı olan qida məhsulları

Saç tökülməsi zamanı faydalı olan qida məhsulları

54 0 0

1. Çərəz Sağlam saçların Omega-3 yağlarına ehtiyacı var. Çərəzdəki bu yağlar saçları qoruyur, sink isə onların tökülməsinin qarşısını alır. 

2. Zeytun yağı Bu yağ E vitamini qaynağıdır. E vitamini isə saçların qalınlaşmasını və qorunmasını təmin edən antioksidandır. Bu vitamin hüceyrələrin sağlamlığı üçün də vacibdir. Zeytun yağı saç diblərini nəmləndirərək onları qırılmalardan müdafiə edir. 

3. SoyaE vitamini ilə zəngin başqa bir qida məhsuludur. Hemoqlobin yaranmasında önəmli olan dəmirlə boldur. Qanda olan hemoqlobin oksigenin bədəndə yayılmasına kömək edir. Bu maddə kifayət qədər olmadıqda qan dövranı pozulur və saçlarınız böyümək üçün qidalana bilmirlər.

4. Yerkökü Yerkökünün gözlərə faydası bəllidir, amma o tərkibindəki A vitamini sayəsində saçlara parlaqlıq və sağlamlıq bəxş edir. 

5. Taxıl məhsulları Tam taxıllı qida məhsulları B7 vitamini mənbəyi hesab edilir. Bu vitamin saçların tökülməsi və bozarması ilə mübarizə aparır. 

6. İspanaqB9 vitamini sayəsində parlaq və sağlam saçlar qazana bilərsiz. Kifayət qədər yedikdə faydasını tez bir zamanda adi gözlə asanlıqla görəcəksiniz. 

 

Author: Xeyale Gozelova

Loading next article...

You've reached the end!

You've read articles in this session

Explore More