"Salam, obyektinizdə bomba var" "əyləncə"sinin "hədiyyə"si nədir?
Bildirchin Posts
Dec 15, 2025
Bəlkə axmaqlıqdan, bəlkə də şıltaqlıqdan Azərbaycanda bu zarafatı edirlər, lakin unutmaq lazım deyil ki, fəsadları ağır olur.
Beləliklə "əyləncə"nin "hədiyyə"si Cinayət Məcəlləsinin 216-cı Maddəsidir:
Maddə 216 . Terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə. İnsanların həlak olmasına, əhəmiyyətli əmlak ziyanının vurulmasına və ya sair ictimai təhlükəli nəticələrin baş verməsinə səbəb ola biləcək hazırlanan partlayış, yanğın və başqa hərəkətlər barəsində bilə-bilə yalan məlumat vermə
— 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır
Bu arada bomba bomba dedik, Türkiyədəki epizod yada düşdü :) Bunu da bonus olaraq təqdim edirik
Author: Tamerlan