Sirkdəki fillərin amansızcasına əhilləşdirilməsi prosesi (həssas insanlar üçün məsləhətli deyil)



Balaca filləri hələ körpə ikən anasından ayırıb, əhilləşdirməyə başlayırlar. Hər kəsə məlumdur ki, heyvanlar aləmində fillərin ana-bala münasibətləri çox sıx və həssas olur.



Məşq və əhilləşdirmə prosesi hər gün saatlarla davam edir.



Balaca filin ayaqların bağlayırlar ki, o, heç bir əks hərəkət edə bilməsin, yalnız məşqçinin əmr və göstərişlərinə tabe olsun.



Balaca fillər sutkada 23 saat zəncirlə bağlanmış olur. Hansı ki, bu kiçik heyvanın böyüyən orqanizmi üçün həddindən artıq zərərlidir.



Məşqlərin əksəriyyəti körpə və dəcəl fillər üçün xoşagəlməz və ağrılı olur.


Əksər hallarda heyvanlar ucadan qışqırır.
P:S: Əvvəlki postlarda Xəz-dərinin (link burada) qəddar şəkildə heyvanların dərilərinin diri-diri bədənlərindən çıxarılması haqqında məlumat vermişik. Bu cür halları bir daha dəstəkləmirik, reklamdan böyük-böyük pullar götürərək şou kanallarda, jurnallarda və s. yerlərdə bizlərə sanki yaxşı bir şeydir kimi sırayanlara Allahdan mərhəmət diləyirik. Qınayırıq!
Author: Azalia