Skip to main content

Bildirchin.az

Bloq | 1 dəq oxu
"Titanik"-dəki skripka tapıldı

"Titanik"-dəki skripka tapıldı

57 0 0

Atlantik okeanında batmış məşhur Titanik gəmisində ifa edən orkestr üzvlərindən birinə məxsus skripka tapılıb. Skripka Titanik orkestrasının rəhbəri Uolles Hartliyə məxsus olduğu bildirilir. Hartlinin skripkasının 1912-ci ildə baş verən fəlakət zamanı itdiyi güman edilirdi. Ancaq "Henry Aldridge & Son" hərrac evi 2006-cı ildə skripkanı aşkar edib və 7 il ərzində bir sıra sınaqdan keçirildikdən sonra musiqi alətinin həqiqətən də Hartliyə aid olduğu təsdiqlənib. Qeyd edək ki, Hartli 1912-ci il, aprelin 15-də Titanikin aysberqlə toqquşması zamanı həlak olan 1517 nəfərdən biri olub.

Author: Bildirchin Times

Loading next article...

You've reached the end!

You've read articles in this session

Explore More