Skip to main content

Bildirchin.az

Bloq | 1 dəq oxu
"Valentin" günü böyrəyini hədiyyə etdi

"Valentin" günü böyrəyini hədiyyə etdi

60 0 0

Qars sakini qadın ərinə ikinci həyat verəcəyini deyib.

Türkiyədə “Valentin” gününün ən qeyri-adi hədiyəsi verilib. Yerli mətbuatın yaydığı məlmata görə, Qars sakini Yenicə Yürük öz böyrəyini 3 ildir xəstəxanada müalicə olunan həyat yoldaşı Şakir Yürükə verib. Yenicə Yürük təlil nəticələrinin yaxşı çıxdığını, həyat yoldaşına yeni bir həyat verəcəyini qeyd edib. 

“Daha əvvəl 14 fevral gününü qeyd etmişdik. Bu dəfə 14 fevralımız xəstəxanaya təsadüf etdi. Təhlilllərin nəticəsi yaxşı çıxdı və çox şükür böyrəyimin birini həyat yoldaşıma verəcəyəm. Bu günə qismət imiş. Çox xöşbəxtəm” – deyə Yenicə Yürük bildirib. 

Qeyd edək ki, 33 ildir ailəli olan cütlüyün 2 qız, 2 oğlan olmaqla 4 övladı var.

Author: Bildirchin Times

Loading next article...

You've reached the end!

You've read articles in this session

Explore More