Döymə sevənlərin ideyaları bitib tükənmir. Hər dəfə yeniliklərlə bizi təəccübləndirməyi bacarırlar. Əsl adı "tattooth" olan bu trend özünə çox diqqət çəkir.
Tətbiqi asandırKeramika və ya örtük dişlərə tətbiq olunur. Əsas döymə diş üzərində yarpaq şəklində tətbiq edildiyi üçün iki-üç gündə çıxır. Dişin ölçüsü rəqəmsal şəkildə alınır və döymə hazırlanır.
Silinə bilirQalıcı döymələr kimi ömür boyu saxlamaq məcburiyyətində deyilsiniz. İstədiyiniz zaman sildirə bilərsiniz. Dişi qazırlar, sonra yenidən cilalayırlar və döymə yox olur.
Yaş məhdudiyyəti yoxdurHər yaşda insanlar üçün hazırlamaq mümkündür. Uşaq, böyük heç bir fərqi yoxdur.
AğrısızdırHazır keramika olduğu üçün ağızda xüsusi bir prossesə ehtiyac duyulmur. Buna görə də heç bir ağrı hiss etmirsiniz.
İstədiyiniz şəkildə olurŞəkil, loqo, emoji, siz nə istəyirsinizsə o formada döymə elətdirə bilərsiniz. İstəyiniz şəkillər kiçildilir və yarpaq formasında olan keramikada işlənilir. Onu da qeyd edək ki, döymələrin rəngləri getmir.



Author: Perishan