İsaak Nyuton – ingilis fiziki, riyaziyyatçısı, astronomu, fəlsəfəçisi və kimyaçı alimidir. Tarixdəki ən böyük riyaziyatçı və alimlərdən biri hesab olunur. Elmi inqilabın baş verməsində və heliosentrizmin inkişafinda böyük rolu olmuşdur. İlk dəfə olaraq elmə Yerin cazibə qüvvəsi anlayışını daxil etmişdir. Adı Tarixdə 100 ən nüfuzlu şəxs siyahısına daxil edilib.

Albert Eynşteyn – alman nəzəriyyəçisi, müasir nəzəri fizikanın yaradıcılarından biri, fizika üzrə Nobel mükafatı laureatı, ictimai xadim. Dünyanın 20-dən çox nüfuzlu universitetinin, o cümlədən bir çox elmlər akademiyasının, SSRİ EA-nın fəxri xarici üzvü. Albert 3 yaşına qədər danışa bilməmişdir. Adı tarixdə 100 ən nüfuzlu şəxs və tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.

Lüdviq van Bethoven – alman bəstəkarı. Dünya musiqi tarixinin ən görkəmli bəstəkarlarından biri, Avropa klassik musiqisində klassisizmdən romantizmə keçid dövrünün həlledici fiqurudur. Bethoven musiqisi özündən sonra gələn bəstəkarlar nəslinin formalaşmasında misilsiz rol oynamışdır. İyirmi yaşlarından etibarən eşitmə qabiliyyətini tədricən, sonralar isə tamamilə itirməsinə baxmayaraq, bu onu klassik musiqinin ən möhtəşəm əsərlərini yaratmaqdan yayındıra bilməmişdir. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.

Leonardo da Vinçi – Avropa İntibah dövründə yaşamış ensiklopedik alim, riyaziyyatçı, mühəndis, ixtiraçı, rəssam, heykəltaraş, memar, musiqiçi və yazıçı. İtaliya İntibahının rəmzi sayılan “Universal insan” tipinin ən parlaq nümayəndəsi. İkinci minilliyin adamı seçilmişdir. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.

Lionel Messi – Argentinalı futbolçu. İspaniyanın “Barselona” klubunun və Argentina milli futbol komandasının heyətində çıxış edir. Messi hələ 21 yaşında olarkən Qızıl top və FİFA Dünyada İlin Oyunçusu mükafatlarına namizəd olub. 2009-cu ildə özünün ilk Qızıl top və FİFA Dünyada İlin Oyunçusu mükafatlarını qazanıb. Növbəti 2010, 2011, 2012 və 2015-ci illərdə də Messi FİFA Qızıl Top mükafatını qazanıb. Messi həmçinin 2010-11 mövsümündə UEFA Avropada Ən Yaxşı Oyunçu mükafatını əldə edib. 24 yaşında Messi “Barselona”nın indiyə qədər bütün turnirlərdə ən çox qol vuran oyunçusu adına sahib çıxıb. 25 yaşında La Liqa oyunlarında 200 qol həddini keçən ən gənc oyunçu olub.

Əksəriyyət yuxarıda adı çəkilən şəxsləri tanıyır. Tanımayan da ən azı bir dəfə də olsun bu adları eşidib. Çünki hər biri öz sahəsində dünyada ən yaxşıdır. Və bu məqaləni oxumağa başlayan zaman düşündünüz ki, bu məlumatların hər birini bilirsiniz və boşuna vaxt itirmiş oldunuz. Lakin gəlin düşünək. Bu 5 dahini birləşdirən cəhət nə ola bilər?

Asperger sindromu. Autistik psixopatiya halı ilk dəfə ingilis psixiatrı Lorna Uinq tərəfindən Avstriya psixiatrı və pediatrı Hans Aspergerin şərəfinə Asperger sindromu adlandırılmışdır. Asperger sindromu — psixi pozğunluq olub, bəzən onu Autizmin bir forması da hesab edirlər. Bu sindromlu insanlar normal və yüksək intelektə malik olsalar da, onların sosial qabiliyyətləri və vərdişləri zəif inkişaf etmiş olur. Həmin insanların emosional və sosial inkişafı ləngidiyindən onların inteqrasiyası da gecikmiş olur.

Səbəbi tam olaraq bilinmir və bir ömür insan həyatına təsir edir. Sindromun əsas xüsusiyyətləri həddən artıq özünə qapanıqlıq, ünsiyyət problemi və bacarıq zəifliyidir. Söhbəti başlatma və davam etdirməkdə çətinlik çəkirlər. Təkrarçılığı sevər, dəyişkənlikdən uzaqdırlar.

Bəli, düzgün başa düşdünüz. Yuxarıda qeyd etdiyim şəxslər hər biri Asperger sindromunun daşıyıcılarıdır. Bu sadəcə möcüzədir. Növbəti Aspergerli dahinin kim olacağına isə hamımız birlikdə şahidlik edəcəyik. Bəlkə, elə o şəxs bizlərdən biridir.

Nə düşündünüz?
Like
Love
Haha
Wow
Sad
Angry