Dünyanın ən çətin peşələri sırasında ilk yerləri tutan yanğınsöndürmə haqqında maraqlı məlumatları topladıq. Bu faktlar əsasında o cəsarətli insanların hadisə zamanı yaşadıqlarını az da olsa təsəvvür edə bilərik.

• Yanğınsöndürənlərin geyimi 1200 °С-dək istiliyə dözümlüdür. Bu uniforma konsentratlı turşuları və alkalisləri hopdurmayan materialdan hazırlanır.

• Onların geyiminin ağırlığı 5-30 kiloqram təşkil edir.

• Yanğınsöndürənlər oksigen maskasından istifadə etdiyi üçün təhlükəsizlik qaydalarına əsasən üzlərində saqqalın və pirsinqlərin olması qəti qadağandır.

• Filmlərdə yanğınsöndürənlərin insanların səsini eşidərək, köməklərinə çatdığını görürük. Daha sonra onlar dərhal maskalarını çıxarır və zərərçəkmiş insana verir. Bu reallıqla qətiyyən uzlaşmır. Qatı buxardan dolayı onlar heç nə görmür, alovun səsi isə digər səsləri üstələyir. Onlara maskanı çıxarmaq qəti qadağandır. Maskanı çıxardığı halda yanğınsöndürən boğula bilər.

• XIX əsrin əvvəllərində Molly Villiams kişilərlə birlikdə yanğın söndürüb və ilk yanğınsöndürən qadın kimi tarixə düşüb. Bu hadisə qadın briqadalarının yaranmasına təkan verdi.

• Yanğınsöndürənlər yanğın söndürməklə yanaşı, həm də bir çox hadisələr zamanı köməyə gəlirlər — subasma, zəlzələ, terror aktları, heyvanlar dara düşdükdə və s. Bundan əlavə, onlar su təsisatçıları, elektrikçilər, mexaniklər, psixoloqlar və hətta tibb işçiləridir.

• Hadisə baş verən anda tez geyinilə bilməsi üçün onların formalarının hissələri bir-birinə yaxın qoyulur. Və işçilər bir neçə saniyəyə hazır olurlar. Çünki hər itirilmiş saniyə insan həyatı bahasına başa gələ bilər.

• Əvvəllər Yaponiyada yağınsöndürənlər yağın olan məkana yaş paltarlarda daxil olurdular. İndi isə texnologiyanın inkişafı nəticəsində yanğınları kənardan söndürmək də mümkün olur.

• Boş ərazisi çox olan evdə yanğını söndürmək daha çətindir, bu zaman alov tez yayılır.

• Dalmatin itlər yanğınsöndürənlərin ən yaxşı dostu sayılırdı. Onlar qəza zamanı canlıları (insanları və heyvanları) tapmaqda işçilərə kömək edirdilər. İndi bir çox it cinslərindən istifadə olunsa da, insanlar dalmatini onların sadiq köməkçisi sayır.