İspaniyanın Madrid şəhərində keçirilən “Fitur 2013” Beynəlxalq Turizm Sərgisi zamanı “Bakı Futbol Klubu” ilə əməkdaşlıq çərçivəsində “Atletico Madrid” futbol klubunun rəhbərliyi, baş məşqçisi və futbolçuları Azərbaycan stendini ziyarət edib.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ziyarət zamanı futbolçular sərgi iştirakçıları və ziyarətçilər üçün poster və futbol maykaları üzərində imza atıb şəkil çəkdiriblər.

Tədbir İspaniyanın məşhur “As”, “Marca”, “Deportivo El Mundo” nəşrləri, həmçinin “TV5”, “TV de Madrid” televiziya kanalları və 20-yə yaxın digər mətbuat orqanları vasitəsilə yayımlanıb. Azərbaycanın turizm potensialının təbliği üçün gələcəkdə də belə reklam kampaniyalarının keçirilməsi nəzərdə tutulur.