Avtomobil markaları və onların loqotiplərinin mənası

2012

Hər bir maşın hazırlayanlardan alıcıya doğru uzun yol keçib. Hər bir markanın yaradılması prosesində dizayner və konstruktorlar, yaradıcıların əsas konsepsiyasını əks etdirmək üçün avtomobilə nəinki fərqli ad həmçinin xüsusi bir loqotip dizayn etmək üçün çalışırdılar. İstehsalçılar hər il avtomobil markalarının populyarlıq reytinqlərini təşkil edirlər. Əlbəttə, aparıcı yerləri satışda çoxillik təcrübəsi olan Avropanın, Amerikanın və Yaponiyanın nəhəng avtomobil markaları tutur. Amma son vaxtlar onların yerinə gənc və rəqabətqabiliyyətli Çin şirkətləri gəlir.


Avropa avtomobilləri

1.  Mercedes-Benzin üç şüalı “hava, dəniz və yerin üzərində hakimiyyət rəmzi” olan ulduz şəklində loqotipi var. Şirkət hamının tanıdığı bu loqonu dəyişməmək qərarına gəlib, sadəcə olaraq 2007-ci ildən loqotipi və əsas adı ayırıb, bundan sonra loqo yuxarıda çap olunur, ad isə aşağıda qalır.



2. Bayerisch motoren werke konserni avtomobillər hazırlamadan əvvəl təyyarələr üçün mühərriklərin hazırlanması ilə məşğul olub və öz maşınlarının adlarını dəyişməmək qərarına gəlib. İndi isə mavi səmanın fonunda ağ pəri iə təsvir edilən etibarlı və keyfiyyətli BMW dünyada ən çox tanınan avtomobil loqotiplərindən biridir.



3. Dişli təkərlərin istehsalçısı olan Andre Sitroen öz Citroen avtomobil loqotipinə tarixdəndə əlavələr edib: bucaqları yuxarıya olan iki işarə əslində dişli çarxların rəmzidir.



4. Audi avtomobil markasının loqotipindəki 4 halqa 1932-ci ildə 4 avtomobil şirkətinin Auto Union adı ilə biryerə birləşməsindən sonra əmələ gəlib.



5. Ata və oğul Maybaxlar iki fərqli “M” hərfinin biryerdə yerləşdirib və beləliklə bu Maybach avtomobilinin loqotipinə çevrilib.



6. Opel istehsalçılarının loqotipi ildırımın rəmzidir və bu loqotip Blitz modelinin istehsalı zamanı yaranıb.



7. Almaniyanın Ştutqart şəhərinin gerbi mötəbər və həmişə dəbdə olan Porsche avtomobilinin loqotipinə çevrilişdir.



8. Üç lələkli ox 1895-ci ildən Çexiyanın Scoda emblemli maşınlarını bəzəyir, halbuki 1991-ci ildə onu qara (uzunömürlülük rəmzidir) və yaşıl (ekologiya rəmzidir) rənglərinə rəngləyiblər.



10. İstehsalçıların ilk modeli olan Peugeot – Lion – bu markanın fərqləndirən şir təsviri olan emblemin gəlməsinə başlanğıc verdi.



11. İtaliyanın Alfa Romeo avtomobil şirkətinin loqotipi çox mürəkkəbdir, çünki o milan bələdiyyəsinin (ağ ilə qırmızı) bayrağı və Viskonti gerbindən (yaşıl ilan) ibarətdir.




Amerika avtomobilləri

1. Chrysler loqotipi – qanadlı formada təsvir olunmuşdur, çünki bu istehsalçıların avtomobilləri poçta xidmət edirdi.



2. Dodge markalı avtomobilın loqotipindəki qoç istənilən çətinlikərin aradan qaldırılmasında inadçıl olmağı nəzərdə tutur.



3. Cadillac yaradıcıları dəfələrlə öz emblərini dəyişirdilər və nəhayət “üstünlük rəmzi” saydıları simvolik tacı əhatə edən çələngdə dayandılar.




Yaponiya avtomobilləri

1. Mitsubishi emblemində gəminin vinti rəmz etdirilir, axı əvvəllər bu maşın istehsalıyla məşqul olan gəmiqayırma şirkəti olub.



2.Toyota yaradıcıları öz loqotipləri barədə onun alıcının ürəyini, məhsulun ürəyini və şirkətin sərhədsiz imkanlarını birləşdirdiyini deyir.



3.”Hər yanda sonsuzluğ” ifadəsi Nissan markalı avtomobillərə məxsusdur, və bu onların loqotiplərindədə markanın adını əhatə edən dairədə öz əksini tapır.

Thanks for rating this! Now tell the world how you feel through social media. .
Məlumat sizə necə təsir bağışladı? (Qeyd: hissiyatınız bizim üçün önəmli və əhəmiyyətlidir)
  • Normal və ya Razı 😉
  • Həyacanverici
  • Qəmgin 🙁
  • Hirsli :@
  • Utancverici
  • Sevindirici 🙂

Şərh bölməsi: