Son zamanlar alimlər insanın böyük nailiyyətlər əldə etmək üçün hansı keyfiyyətlərə sahib olması barədə tədqiqatlara çox zaman ayırmışlar. Əvvəllər tədqiqatların böyük bir hissəsi uğurlu insanların intellekt və təxəyyülü barədə aparılırdı. Tədqiqatların nəticəsi sübut etmişdir ki, insanın həyatda uğur qazanması heç bir şəkildə onun ağlı ilə bağlı deyil. Əksinə, bu insanın şəxsi keyfiyyətlərindən və xarakterinin sərtliyindən asılıdır.

Məktəbli uşaqlarla bir eksperiment keçirilmiş və onlara həll etmək üçün öz yaşlarına uyğun tapşırıq verilmişdir. Tapşırıq həll edildikdən sonra bir qrupu ağlına görə, digər bir qrupu isə əməksevərliyi və səbirliliyi üçün tərifləyirlər. 
Daha sonra məktəblilərə həll etmək üçün yuxarı sinif şagirdlərinin edə biləcəyi nisbətən çətin tapşırıq verilir. Səbirliliyinə və əməksevərliliyinə görə təriflənən uşaqlar tapşırığı həll etmək üçün gərgin çalışmışlar. Lakin ağlına görə təriflənən uşaqlar isə tez bir zamanda narazılıq bildirmiş və tapşırığı həll etmə cəhdlərini dayandırmışlar. 

Sonda, yenə bir çətin tapşırıq verilmiş və nəticələr də əvvəlki kimi olmuşdur. Bu tapşırıqda əmə sevərliliyinə görə təriflənən uşaqlar öz nəticələrini 30% yaxşılaşdırmış, ağlına görə təriflənə uşaqlar isə öz nəticələrini 20% həcmində azaltmışlar.
Zənginliklə təhsil arasında hər hansı bir əlaqə mövcuddurmu? Məşhur ixtiraçıların və ya sahibkarların tərcümeyi halı sübut edir ki, təhsil uğur qazanmaq üçün ən vacib faktorlardan biri deyil. 

Təhsil bizə iş dünyasında yerimiz uğrunda mübarizə aparmağa hazırlamır. Ali təhsil bir şərtlə vacibdir ki, bu təhsili alan insan başa düşsün ki, bu təhsil ona nəyi verə biləcək, nəyi yox. Bəzi ixtisaslar üçün diplom mütləqdir. Məsələn, siz heç bir diplomu olmayan həkimin qəbuluna düşmək istərdinizmi? Lakin ali təhsil bizim bir çoxumuz üçün böyük sosial stereotipin bir hissəsidir. 

Bəzən uğurlu biznes sahibləri qeyd edirlər ki, ali təhsilli bir çox insan hər şeyi həddindən artıq çətinləşdirir. Yüksək intellektə sahib insanlar yersiz təhlil etməyə tabedirlər və sərbəst qərar vermək qabiliyyətinə malik deyillər. Həmçinin onlar işi necə görmək barədə olan fikirlərini digərlərinə aydın şəkildə çatdıra bilmirlər.

Uğurlu biznes çətin nəzəriyyələrdən asılı deyil, bu yalnızca insanlara pul ödəməyə hazır olduqları şeyləri təqdim etməkdir.