Ayaqqabı aldığımız zaman təkcə görünüşə deyil, həm də rahatlığa diqqət etməliyik. Seçiminizdə yanıldığınız zaman isə, aşağıdakı hiylələr köməyinizə çatacaq:

  • Ayaqqabı ayağınıza böyükdürsə, onu qalın corablarla geyinib, daha sonra fen havasının ayaqqabının üzərinə yönəldin. Bu üsul ürəyinizcə deyilsə, ikincidən istifadə edin: selofanı ilıq su ilə doldurub ayaqqabının içinə yerləşdirin. Ayaqqabını daha bir paketə qoyub, soyuducuya göndərin. Problem aradan qalxacaq.

  • Ayaqqabının ağ rezin hissəsini təmizləmək üçün diş məcunundan istifadə edin.
  • Dikdabanların ayağınızın arxa hissəsini əzməməsi üçün, ayaqqabıya dezodorant çəkin.
  • Çay paketləri isə ayaqqabının içindəki qoxunu aradan qaldırmağa kömək edər.
  • Gəzdiyiniz zaman ayaqqabı səs edirsə, onun içinə uşaq prisıpkası səpin.
  • Ayaqqabınızın altı sürüşkəndirsə, onun altına tibdə istifadə olunan parça plastırlardan yapışdırın.

  • Ayaqqabınızın su keçirməməsini istəyirsinizsə, onun üzərinə mum və ya parafin çəkin, daha sonra isə fenlə qurudun.

  • Yaş ayaqqabını tez qurutmaq üçün onun içinə qəzet və ya içi düyü ilə dolu sellofan yerləşdirin.

Beləliklə, ayaqqabılarınız sizi yarı yolda qoymayacaq!