“Əhalinin 8 faizi praktiki sağlam olsa da, talassemiya xəstəliyinin daşıyıcısıdır”
“Azərbaycanda irsi hemoqlobinopatiyalar- hemoqlobinin irsi pozuntuları geniş yayılıb”. 

Bunu Respublika Diaqnostika Mərkəzinin genetiki, professor Elxan Rəsulov bildirib.

E.Rəsulov deyib ki, bunlardan ən çox təsadüf ediləni betatalassemiyadır. Onun sözlərinə görə, əhalinin 8 faizi praktiki sağlam olsa da, talassemiya xəstəliyinin daşıyıcısıdır. 

E.Rəsulov qeyd edib ki, Abşeron rayonu Qobu qəsəbəsinin əhalisində birləşdirici toxumanın xəstəliyi olan ElersDanlos sindiromuna, Buzovna əhalisində hemofoliya qan xəstəliyinə, Şəki, Qəbələ, Ağdaş və bu rayonlara yaxın ərazilərin əhalisində anormal hemoqlobinlərə daha çox təsadüf edilir: “Lənkəran-Astara bölgəsində Q6FD fermetinin çatışmazlığına çox yüksək tezliklə rast gəlinir. Azərbaycanda oraqvari anemiya da aşkarlanır ki, onun klinikası talassemiya ilə çox oxşardır və analiz etmədən diaqnoz qoymaq mümkün deyil”.