12-ci əsrdə həyatına Amstel çayı kənarında bir balıqçı qəsəbəsi olaraq başlayan Amsterdamın azadlıqlar şəhəri olaraq dünyada məşhurlaşacağını kim bilə bilərdi?

    1. Amsterdamın böyük bir hissəsi dəniz səviyyəsindən aşağıda yerləşir. Hətta ən aşağı nöqtəsi dəniz səviyyəsindən 6.7 metr aşağıdadır. Deyə bilərik ki, Amsterdamlılar bir çayın içinə şəhər inşa etmişlər!


    2. Amsterdamda Venesiyadan daha çox kanal olduğunu bilirdinizmi? Şəhərdə ümumi 165 kanal var.


    3. Amsterdamın velosipedsevər bir şəhər olduğunu bilməyən yoxdur. Bəs, Amsterdamdakı velosiped yolunun sadəcə 400 kilometr olduğunu bilirdinizmi?


    4. Amsterdamdakı velosiped sayının bu şəhərdə yaşayan insan sayından çox olduğunu bilirdinizmi? Amsterdamın əhalisi 811.100 adamkən, velosiped sayı 881,000 ədəddir. Burada velosiped ən əhəmiyyətli nəqliyyat vasitəsi olaraq görülür.


    5. Amsterdamdakı tipik bir evin ən az 10 paya ilə sabitləndiyini, Amsterdam Qatar Stansiyasında isə 9,000 ədəd paya istifadə edildiyini bilirdinizmi?

 



    6. Amsterdam uzun illər kiçik bir balıqçı qəsəbəsi idi.


    7. İngilis dili, Amsterdamın ikinci dilidir. Amsterdamda demək olar ki, hər kəs çox yaxşı dərəcədə İngiliscə danışır.


    8. Amsterdamlılar hər vəziyyətdə nəqliyyat vasitəsi olaraq velosiped istifadə edirlər. İşə, çimərliyə, gəzməyə və hətta toya belə velosipedlə gedirlər. Uşaqlarını məktəbə velosipedlə aparırlar. Üstəlik soyuq iqlim belə velosiped istifadəsinə mane olmur.


    9. Hər il təxminən 25,000 velosiped Amsterdamdakı kanallara düşür və yalnız 8,000 dənəsi xilas olunur.


  10. Amsterdamlılar pərdələrini bağlamağı sevmirlər Hətta pərdə istifadə edilən ev sayı yox deyiləcək qədər azdır.



  11. Amsterdamda ən çox oğurlanan şey sizcə nədir? Təbii ki velosiped. İldə ortalama 100,000 velosiped oğurlanır.


  12. Amsterdamlılar yeməklərini qapı qarşısında ya da küçədə bir səkiyə oturub yeməkdən çox zövq alırlar. Lakin bu vərdişlərini adətən ilıq yay axşamlarında reallaşdırırlar.


  13. İkonik Amsterdam evlərinin incə və uzun olmasının səbəbi verginin evin eninə görə verilmiş olmasından qaynaqlanır.


  14. Amsterdamda 1,281 körpü olduğunu bilirdinizmi?


  15. Hər il Amsterdamı 20.000.000 turist ziyarət edir. Bu rəqəm Amsterdamda yaşayan əhalinin sayından təxminən 20 dəfə çoxdur!



  16. Şəhər kanallar üzərinə qurulduğu üçün fərqli bir həyat tərzi meydana gəlmiş və ortaya gəmi evlər çıxmışdır. Bəli, səhv eşitmədiniz! 2.500 gəmi evə çevrilmişdir. İnsanlar kanalların üzərində yaşayırlar!


  17. Amsterdam, mədəni müxtəliflik baxımından dünyada ilk sırada gəlir. 178 fərqli mədəniyyətə sahib insan bu şəhərin sakinidir.


  18. Bu kiçik şəhərdə 75 muzey olduğunu bilirdinizmi?


  19. Dünyanın ən uzun boylu irqi Amsterdamdadır. Kişilərdə orta boy uzunluğu 1,84 sm ikən qadınlarda 1,70 smdir.


  20. De Poezenboat adlı bir gəmi əslində 50 pişiyin yaşadığı bir sığınacaqdır! Kanal üzərində bir sığınacaq olduğunu böyük ehtimalla bilmirdiniz.



  21. Bilinənin əksinə dünyanın ən köhnə birjası Londonda deyil, Amsterdamdadır!


  22. Amsterdamda hər kəs cinsi əlaqə yolu ilə yoluxan xəstəliklərlə əlaqədar olaraq pulsuz müalicə görə bilər.


  23. Red Light bölgəsi, Amsterdamın ən etibarlı bölgələrindən biridir.


  24. XXX olaraq görəcəyiniz ikon digər anlama gəlmir; Bu Amsterdamın hərbi gerbidir 🙂


Nə düşündünüz?
Like
Love
Haha
Wow
Sad
Angry