Bədənin immunitetini artıran qidalar

30337

Tez-tez xəstələnməmək üçün bədənin immunitetini artırmaq lazımdır. Bunun üçün ən yaxşı yol immuniteti artıran bitki, tərəvəz və meyvələrdən  istifadə etmək lazımdır.

 
1. Çobanyastığı
 
Çobanyastığının çiçəyi  və yarpaqları A və C vitamini ilə zəngindir. Onu  sıyıq halına gətirib yaralara sürtükdə sağalmanı tezləşdirir. İmmuniteti artırmaq istəyənlər hər gün təzə çobanyastığı qoxulamalıdırlar. Evə bir dəstə çobanyastığı saxlamaq faydalıdır.
 
2. Razyana
 
Razyananın toxumları zülal və yağ baxımından zəngindir. Bədəni rahatlaşdırır və sakitləşdirir. Qan azlığını aradan qaldırmaq üçün yaxşı vasitədir. Razyananı iki gündən bir dəmləyib içmək olar. Ancaq yaşıl çayla birgə dəmləndikdə daha faydalı olur.
 
3. İspanaq
 
İspanaq bədənin dayanıqlığını artırır və bədənə qüvvət verir. Yaşla bağlı öyrənmə çətinliyini aradan qaldırır .İspanaq qan azlığına yaxşı təsir edir. Həmçinin xərçəng, ürək və damar xəstəliklərinin qarşısını alır. İspanağı bol-bol istifadə etmək tövsiyə edilir.
 
4. Qara turp
 
Qara turp yuxusuzluğa çarədir. Bədəni gücləndirir, xərçəng şişlərinin inkişafının qarşısını alır. Qan təmizliyici xüsusiyyətindən dolayı qara turp allergiyadan əziyyət çəkən xəstələrə də kömək olur. Bu bitkini salatlarda istifadə etmək immunitetinizi kifayət qədər gücləndirəcək.
 
5. Günəbaxan bitkisi
 
Günəbaxan toxumları olan tumlar damar sərtliyini aradan qaldırmağa kömək edir. Xüsusilə, xəstələrin və inkişaf dövründəki uşaqların ehtiyac duyduğu bir çox zülal vitamin və mineralları özündə cəmləyən bu bitki qan azlığını aradan qaldırır. Gün ərzində bir ovuc tum çırtlamaq bədən üçün faydalıdır.
 
6. Portağal
 
C vitamini anbarı olan portağal bədəni və immunitet sistemini gücləndirir. Portağal ürək və damar xəstəlikləri və xərçəngə qarşı qoruyucudur. Qrip və öskürək kimi xəstəliklərə yaxşı təsir edir. Bədəndəki zərərli maddələri təmizləyir. Qış mövsümündə gündə bir ədəd portağal yemək bədən üçün faydalıdır.
 
7. Bal 
 
Bal antibakteriyal təsirə malikdir. Həzmi asanlaşdırır və mədədəki artıqları ixrac edir. Qan artırma xüsusiyyəti ilə, yanaşı gümrahlıq da verir. Ürək xəstələrinə faydalıdır. Yaz-qış fərqi olmadan gündə bir qaşıq bal qəbul edin.
 
Thanks for rating this! Now tell the world how you feel through social media. .
Məlumat sizə necə təsir bağışladı? (Qeyd: hissiyatınız bizim üçün önəmli və əhəmiyyətlidir)
  • Normal və ya Razı 😉
  • Həyacanverici
  • Qəmgin 🙁
  • Hirsli :@
  • Utancverici
  • Sevindirici 🙂

Şərh bölməsi: