İngiltərənin psixologiya üzrə professoru Richard Wiseman uğurlu olmağın sirrini tapmaq üçün bir yola çıxdı. O, sınaq keçirdi və iştirakçılara 3 tapşırıq verdi. Bir ay sonra iştirakçıların 80%-i daha xoşbəxt olduqlarını və bəxtlərinin onların üzünə tez-tez güldüyünü qeyd etdilər.

Wisemanın tapşırıqları nədən ibarət idi:

1. Geniş düşünmək

Məqsədinizə doğru addımladığınız zaman, “görəsən bacararammı?” təlaşı fürsətləri qaçırmanıza səbəb ola bilər. Hər zaman yeniliyə açıq olun. Yalnız o zaman xoşbəxtlik qapınızı döyəcək.

2. Həyata qarşı pozitiv olun

Hər şeydə neqativ görməkdən imtina edin, çünki həmin düşüncə tərzi həyat eşqinizi söndürə bilər. Üsyan etmək əvəzinə daha pis hallarla rastlaşmadığınıza dua edin və sahib olduqlarınız üçün şükür edin.

3. Bu həftə heç vaxt etmədiyiniz bir şeyi edin

Rutin yorucudur. Hər gün eyni insanlarla ünsiyyət qurur, eyni qidanı qəbul edirsinizsə, həyatınıza dəyişiklik gətirməyə çalışın. Komfort zonasını tərk etmək uğur qazanmaq ehtimalını artırır.

Doğrudur, bir çox insanlar dünyaya 1:0 öndə gəlir, ancaq üsyan etmək əvəzinə parlaq gələcək üçün əlimizdən gələni əsirgəmədiyimiz halda çempionluğu qazana bilərik.