Özünə zərər verən adamları bağışlayan insanların çoxu təcrübədən sonra daha az acı hiss etdiyini bildirərək, stressdən yaranan kürək ağrısı, yuxusuzluq və mədə ağrısı kimi ruhi və fiziki əlamətlərin də azaldığını qeyd ediblər.

Stanford Universitetində alim Frederic Luskin və komandası San-Fransiskoda yaşayan 259 insanın üzərində təcrübə keçirdi. Alimlər bağışlamağı öyrənmək üçün adamları 6 dəfə 1.5 saatlıq iclaslara dəvət etdilər. Araşdırma zamanı pis xatirələrini danışaraq bölüşən insanlar daha sonra onları incidənləri canlandıraraq ürəklərində həmin şəxslərlə danışdılar.

Bağışlayan iştirakçıların çoxu bu testdən sonra özlərini daha rahat hiss etdiklərini dedilər. Onların bəziləri gələcəkdə meydana çıxacaq bənzər problemlərdə təkrarən bağışlamağa hazır olduqlarını bildirib.

Qeyd edək ki, araşdırma üçün fiziki və cinsi şiddətə məruz qalanlar deyil, təhqir olunan şəxslər seçilmişdi.

Thanks for rating this! Now tell the world how you feel through social media. .
Məlumat sizə necə təsir bağışladı? (Qeyd: hissiyatınız bizim üçün önəmli və əhəmiyyətlidir)
  • Normal və ya Razı 😉
  • Həyacanverici
  • Qəmgin 🙁
  • Hirsli :@
  • Utancverici
  • Sevindirici 🙂