Həm dadlı, həm də faydalı bananı rasionunuza daxil etsəniz nə baş verəcək?

Onkoloji xəstəliklərin qarşısını alır

Bananların tərkibində olan spesifik zülal onkoloji xəstəlikləri önləyir. Bu zülalın miqdarı yetişmiş bananlarda daha çoxdur. Bu səbəbdən də qabığı tünd nöqtələr ilə örtülmüş bananları yemək məsləhət görülür.

Qıcolma ilə mübarizə aparır

Mineralların qıtlığı qıcolmanın başlıca səbəblərindəndir. Kalium və maqnium ilə zəngin bananları rasionunuza daxil etməklə əzələ spazmlarının qarşısını ala bilərsiniz.

Böyrək xəstəliklərini önləyir

Kalium ilə zəngin qida böyrəklərdə daşların yaranmasının qarşısını alır. Araşdırmalar göstərmişdir ki, banan yeyən insanların böyrək xəstəliklərinə tutlmaq təhlükəsi 40% daha azdır.

Sağlam ürəklə təmin edir

Gün ərzində 2-3 banan ürək xəstəliklərinə tutlma təhlükəsini 26% azaldır.

Qan damarlarını təmizləyir

Xolesterinlə dolu qan damarları ateroskleroza səbəb olur. Bananın tərkibində olan fitosterol isə bu maddənin miqdarını tənzimləyir və qad damarlarının sağlamlığını təmin edir.

Sağlam mədə ilə təmin edir

Banan mədə xorası olan xəstələr üçün əvəzolunmaz qidadır. Bananın tərkibində olan fermentlər madə divarlarını qoruyur.

Enerji verir

Bol vitamin və minerallarla banan mükəmməl enerji mənbəyidir. Onun təkibində olan karbohidratlar anında orqanizm tərəfindən mənimsənilir və enerji ehtiyatını bərpa edir.

Əhvalımızı qaldırır

Bananın tərkibində olan dofamin və B qrupunun vitaminləri əsəb sisteminə müsbət təsir göstərir.