Bir filmi müvəffəqiyyətli edən ən əhəmiyyətli ünsürlərdən biri də həqiqətdir. Çünki gerçək olan bir şeyin insana təsir etməsi qaçınılmazdır. Bu mövzuda da yüksək təcrübəyə sahib Hollywood, gerçək həyat hekayələri əsasında yazılmış ssenariləri canlandırmaq üçün əlindən gələni edir. Küçədə görsək qaçaraq uzaqlaşacağımız bu insanları, evimizə qonaq edə bilməyin tək yolunun filmlər olduğunu bilən film sektoru isə illərdir boş dayanmır.


Bu siyahımız isə gerçək həyatda qorxunc olaraq ifadə edilən insanları mövzu alan filmlərdir. Fasilə vermədən izləyəcəyimiz, yaşanmış hekayələr əsasında çəkilən 12 film:


1. Chopper – Chopper Read adlı bir cinayətkarın avtobioqrafik kitabından, Andrew Dominik rejissorluğu ilə çəkilən film, qəssab ləqəbli Mark Read’in cinayət dolu həyatından bəhs edir.



2. Heat – Neil (Robert də Niro), Chris (Val Kilmer) və Michael (Tom Sizemore) bir şəbəkənin usta oğrularındandır. Böyük soyğunlar həyata keçirən bu şəbəkəyə mane ola biləcək biri isə Vincent Hanna’dır (Al Pacino). Film, 1960-cı illərdə yaşanan bir hadisədən ilhamlanaraq çəkilmişdir.



3. The Wolf of Wall Street – Martin Scorcese’nin rejissorluğu ilə çəkilən film, Amerika birjasında önəmli insanlardan olan Jordan Belfort’un bioqrafiyasından bəhs edir.



4. Bonnie və Clyde – Filmdə bəhs olunan Boni və Clyde adlı ABŞlı qanun qaçaqlarının həyatlarıdır. 1930-cu illərdə ABŞ-da bir çox bank və dükanı soyan cütlüyün sevgi həyatları da, cinayətləri qədər səs gətirmişdir.



5. American Gangster – Denzel Vaşinqtonun Frank Lucas rolunu oynadığı film, 1960-cı illərdə Harlem’də güclü təsiri olan mafiya baronunun hekayəsindən bəhs edir.



6. Monster – Patty Jenkinsin idarə etdiyi bu film, Aileen Wuornos adlı gerçək bir qatilin həyatından bəhs edir.



7. The Krays – Krai Qardaşlar 1960-cı illərdə Londonun xüsusilə şərq tərəfində hökm sürmüş əkiz mafiya qardaşların hekayəsindən bəhs edir. Hətta 2015-ci ildə çıxan Legend filmi də Kray qardaşlarından bəhs edən bir digər filmdir. Bu filmdə əkiz qardaşların ikisini də Tom Hardy canlandırır.



8. Casino – Rejissorluğunu Martin Scorsese etdiyi film, Frank Rosenthal’ın gerçək hekayəsindən bəhs edir.



9. Gacy – Gacy adlı filmdə, ABŞ-da Demokrat Partiyasının seçki bölgəsindəki bir məsləhətçi, iş adamı və qonşularının ziyafətlərində klounluq edən Amerikanın tanınmış qatillərindən olan John Wayne Gacyın işlədiyi cinayətlərdən bəhs edilir.



10. Psycho – Alfred Hitchcockun şah əsəri olaraq qəbul edilən bu film, Ed Gein adlı qatilin gerçək hekayəsindən ilhamlanılmışdır.



11. Goodfellas – Martin Scorsese idarə etdiyi Goodfellas, Henry Hill adında bir gangsterin gerçək hekayəsindən bəhs edir.



12. The Sadist – Film, qatil Charles Starkweather və sevgilisi Caril Ann Fugate’in hekayəsini nəql edir. Gənc qatillər bir çox filmə də ilham qaynağı olmasına baxmayaraq, The Sadist Charles Starkweather və Caril Ann Fugate haqqında çəkilən ilk film xüsusiyyətini daşıyır.