İnsan irqinin necə qəddar olduğunu görmək qorxunu və dəhşəti iki qatına çıxarır. Təbii məkanından məhrum edilən filin əziyyət və işgəncə dolu edam hekayəsi:

Adı Addie Mitchell Mary olan, illərlə şirkətlərdə dolandırılıb sahibinə pul qazandıran bir fil. Normal fillərin üç qatı böyüklüyündə olduğu üçün ona “Böyük Mary” deyirdilər.

1916-cı ildə yeni baxıcısı onu su içməyə apararkən yolun kənarında gördüyü qarpız qabığına yönəldiyi üçün qarmaq ilə döyülür. Qarmaq bir neçə dəfə ayağına batdığı üçün yaşadığı acı ilə baxıcısını itələyir və sonra da başını əzərək öldürür.

Sparks World Famous Shows”un ulduzu, sahibinin bütün çabasına rəğmən Kingsport qəsəbəsi tərəfindən günahkar qəbul edilən filin cəzalandırılmasına qərar verirlər. Mary bir neçə dəfə silahla vurulsa da ölmür.

Sirk və Mary’nin sahibi Sparks, xalqın təzyiqinə dayana bilmir və işini itirmək qorxusu ilə ölüm üçün başqa yollar axtarmağa qərar verir. Hələ 4 yaşında ikən sahibləndiyi fili xalqın gözü önündə edam etdirmək istəyir, lakin 10 tonluq bir filin edamı elə də asan olmur. 

Filin silahla vurulmasını, qatarların arasında qalıb əzilməsini, hətta 2 qatarın onu dartıb parçalamasını təklif edənlər belə olmuşdur, lakin qəsəbədə o qədər güclü qatar olmadığı üçün onu asaraq edam etmək fikri ilə razılaşırlar.

Ertəsi gün Mary’ni dəmiryolu üzərində quraşdırılan 100 tonluq vinç ilə asmağa hazırlaşırlar. Boynundan zəncirləyərək havaya qaldırarkən zəncirlər qopur və fil yerə düşərək çanaq sümüyünü qırır. Daha sonra yenidən zəncirlənərək asılır və 30 dəqiqə havada asılı qaldıqdan sonra həyatını itirir…

Asılaraq öldürülən Mary…
böyük maryMary təbiət qoynundan qoparılıb öldürülən ilk və son heyvan deyil. 1994-cü ildə sahibini yaraladığı üçün polis tərəfindən 87 dəfə güllələnən Tyke adlı fil var idi. 1875-ci ildə də 3 baxıcısını öldürdüyü əsası ilə 6600 voltluq elektrik verilərək öldürülən Topsy də Mary ilə eyni taleni bölüşən heyvanlar arasındadır…

Məlumat sizə necə təsir bağışladı?
Like
Love
Haha
Wow
Sad
Angry
You have reacted on "Baxıcısını öldürdüyü üçün edam edilən fil – Böy..." A few seconds ago