Bu gün “Bildirchin Group” üçün əlamətdar gündür. 🙂

5 il ərzində izləyicilərimiz olan sizlərə müxtəlif maarifləndirici və düşündürücü mövzularda olan məlumatlar, fotolar, videolar, filmlər, musiqilər və könlü xoş edəcək daha nələr-nələr paylaşdıq.

Çox təəsüflüklə bildiririk ki, izləyicilərimizin bir çoxu ad günümüzü görməyəcək və bu statusumuzu görməyəcək. Səbəb xaricilərin bizim intellektual mülkiyyət olan səhifəmizin oğurlanmasıdır. Onlar bizim brendə xələl gətirərək şəxsi reputasiyamızı bu günlərdə də korlamağa davam edirlər. Səhifəmizdəki paylaşımlar 5 il ərzində 500 milyondan çox adama çatmışdır və onu oğurladılar.

Əlbəttə ki, biz təmkini əvvəlki kimi itirmirik və yenidən eyni qaydada davam edirik. Sizinlə birlikdə biz bunu bacardıq! 🙂

Çox sağ olun ki, bizimləsiniz 🙂

Hörmətlə,
“Bildirchin Group” komandası