Dostlarımız ilə maraqlı statistikanı paylaşmağı özümüzə borc bilirik. “Bildirchin Group“a daxil olan Bildirchin Posts səhifəsi, ən böyük kino səhifəsi olan Film Replikaları və sevilərək oxunan 4.000’dən çox unikal məqaləyə sahib Bildirchin.az kimi layihələrimizin izləyici və oxucu kütləsini mart ayı 2020-ci il üzrə analiz etdik və nəticə kifayət qədər ürək açan oldu.

Beləliklə, mart ayı ərzində kütləmiz 3 milyon 500 mini keçdi. Əlbəttə ki, bu bizim üçün rekord göstərici deyil. Köhnə daimi izləyicilərimizin yadında olar, təkcə, əvvəlki oğurlanmış beynəlxalq auditoriya üçün nəzərdə tutulmuş Bildirchin Posts səhifəsində həftəlik izləyici sayımız 140-150 milyona çatırdı.

Nəzərə alsaq ki, oğurlandıqdan sonra yenidən səhifəni açdıq və ancaq yerli auditoriyaya indi fokuslanmışıq, o zaman aylıq 3.5 milyon nəfər kifayət qədər qənaət bəxşdir. Çox sağ olun dəstəyiniz üçün 🙂 ❤️