• Hinduizm dinində olan Sati ritualına görə qadın ölmüş əri ilə birlikdə yandırılırdı. İnanca əsasən qadının odun içində yanması onun bütün günahlardan təmizlənməsi ilə nəticələnirdi. Ritual 1920-ci ildə Nepalda, 1988-ci ildə isə Hindistanda qadağan edilmişdir.

  • Səfəvilər dövlətinin II şahı və Şah İsmayılın oğlu I Təhmasibin ikinci xanımı Sultan Ağa xanım əslən çərkəz olmuşdur.

  • Find a Grave” saytı məşhur adamların məzarları haqqında məlumatların toplandığı ən böyük veb-sayt və məlumat bazası hesab olunur.

  • Göz daxili mayenin rahat xaric ola bilməməsi nəticəsində göz təzyiqinin artması ilə müşahidə olunan Qlaukoma xəstəliyinin daşıyıcılarının sayı 45 milyon nəfərdən çoxdur.

  • Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən olan Abbas Atamalıbəyov 1948-1966-cı illərdə Türkiyənin Çilidəki səfirliyində katib vəzifəsində çalışıb.