İngiltərənin “The Economist” jurnalı tərəfindən 1986-cı ildən etibarən hesablanır. İndeks ABŞ-ın “McDonald`s” şirkətinin dünyanın müxtəlif ölkələrində yerləşən restoranlar şəbəkəsində satılan məşhur hamburgerin qiyməti əsasında tərtib edilir.

“The Economist” jurnalı tərəfindən belə hesab olunur ki, bütün dünyada hamburgerin istehsalına çəkilən xərclər bir-biridən fərqlənmir və buna görə də “Biq Mak”ın köməkliyi ilə alıcılıq qabiliyyətli pariteti əsasında valyutanın dəyərini öyrənmək olar. Bunun üçün müqayisə bazası kimi ABŞ-da satılan “Biq Mak”ın qiyməti götürülür. Əgər hər hansı ölkədə “Biq Mak”ın qiyməti bu həddən yüksəkdirsə, deməli, həmin ölkənin valyutasının dəyəri süni şəkildə “şişirdilib”. Yəni bu ölkənin valyutasının məzənnəsi əslində aşağı olmalıdır. Əgər “Biq Mak” ABŞ-dakı qiymətdən ucuzdursa, həmin ölkənin valyutasının məzənnəsi real dəyərindən aşağıdır və bu ölkədə dollar ucuzlaşdırılmalıdır.

Biq-Mak indeksi alıcılıq qabiliyyətinin paritetini müəyyən etmək üçün qeyri-rəsmi üsuldur. Biq-Mak ekspertlər tərəfindən iki səbəbdən etalon kimi istifadə olunur: McDonald’s dünya ölkələrinin əksəriyyətində təmsil olunub, Biq-Maka isə kifayət qədər qidalı komponentlər (çörək, yağ və tərəvəzlər) daxildir və bu, Biq-Makı kənd təsərrüfatının universal modeli hesab etməyə imkan verir.