“Dinləmək sehirli və qəribə bir şeydir, yaradıcı bir gücə malikdir. Bizi dinləyən dostlar, eyni zamanda bizi irəli aparanlardır. Bizi dinlədikləri zaman yenidən doğulur və böyüyürük. ”
Karl A. Menninger


ABŞ-da intihar etmək istəyənlərin zəng vurduğu bir telefon zəngi mərkəzində çalışan Katharine Di Cerbo, etdiyi işin özündə yaratdığı düşüncələri Tinybuddha adlı internet saytı üçün qələmə almışdır: İlk zəngimi xatırlayıram. Telefonu götürdüyüm zaman ürəyim ağızımdan çıxacaq kimi idi. Xəttin digər ucundakı səs, çətinlik və utanmayla qarışıq duyğular içində idi. Əslində belə bir şey gözləmirdim:


“Həqiqətən çox üzr istəyirəm… Mən, şey… Mən intihar… Mən yalnız… Sevgilimlə çox böyük mübahisəmiz oldu… Sadəcə… Biriylə danışmağa ehtiyacım var … “

2011-ci ildə könüllü olaraq intihar məsləhət xəttində işə başlamışdım. İlk baxışda bunun çox travmatik olduğunu düşünə bilərsiniz. Həyatını sona çatdırmağa qərar verən insanlarla danışma fikri ürküdücü gələ bilər. Bir müddət sonra fərqinə vardım ki, əslində doğru sandığım bir çox şey, zəng vuranların necə insanlar olduqları və ya onlara yanaşma tərzim, hamısı yanlışdır. Və orada öyrəndiklərim, həyatdakı çətin təcrübələr haqqındakı düşüncələrimi tamamilə dəyişdirdi.


İnsanların ikiyə ayrıldığını düşünürdüm; kiçik eniş çıxışlar yaşayan “normal” insanlar və travma və ya bənzəri romantik problemlərlə mübarizə aparan “incik” insanlar. Telefon mərkəzinə zəng vuranların əksəriyyətinin ikinci qrupa aid olduqlarını düşünürdüm. Mən isə kafedə və ya mağazalarda gördüyüm, “normal” olduqlarını sandığım insanlarla danışırdım, çünki hamımız ağrılar qarşısında hələ də çox qırılğanıq və içimizi aça bilmək üçün bizi dinləyən birilərinə ehtiyacımız var. Bu öyrəndiklərim əslində yalnız kiçik bir başlanğıc idi.

Etdiyim işin “tövsiyə vermək” olduğunun fərqinə vardım, ancaq yalnız bundan ibarət deyildi. Zəng vuranlara kömək etmək, başqa problemlərlə mübarizə qabiliyyətlərimi inkişaf etdirirdi. Hisslərimdən istifadə edərək problemlərin mənşəyini təsbit etməyə, məsləhət verməyə çalışırdım. Halbuki ilk başlarda bunun fərqində olmasam da bütün bunları məsləhət xətti üzərindən etmək qadağan idi. Mənim rolum, sadəcə bir dinləyici olmaq idi.


Zəng vuranların bir çoxu, öz daxili səslərini əks etdirən bir şey tapa bilmədikləri üçün fəlaktlətiylə boğuşarkən gerçək duyğularını itirmişdilər. Zəng vuranların paylaşdığı yüzlərlə hekayəylə mənim aramda tək bir bağ olduğunun fərqinə vardığımda, hər şey daha mənalı oldu. İnsanlarda güvən əskikliyi var idi! Hər zəng vuranın içində, onu diqqətlə dinləyən birinin əskikliyi yatırdı. Könüllülər olaraq bizim vəzifəmiz isə bu əskikliyi aradan qaldırmaq idi. Bəlkə də zəng vuran şəxsləri ümidsizliyə və bir telefon xəttinə aparan digər şey, özlərini görünməz hiss etmələri idi. Könüllülərin məqsədi də onların “görünür” biri olduğunu xatırlatmaq idi.


Ancaq sonralar daha maraqlı bir şeyin fərqinə vardım. Telefon bağlantıları zamanı baş dönməsinə bənzər bir qəribəlik hiss edirdim. Birinin özünü ümidsiz və yalnız hiss edərək başlatdığı bu danışıqların sonunda mənə bu hisləri yaşadan nə idi?.. Sonralar hiss etdim ki, birini empati quraraq dinləmək ona yoldaşlıq etməkdən daha çoxunu ifadə edir. Sanki bir puzzle’ın yoxdur və bu danışıqlardan sonra həmin parçanın tapıldığını hiss edirsən..