Uzaq məsafədən sevgi yaşayan bir cütlüyün həyatının heç də asan olmadığını hərhalda hər kəs qəbul edir. Hələ bu cütlüyün arasında bir okean və 14 saat fərqi varsa! Biri New Yorkda, digəri Seulda yaşayan bu Koreyalı cütlük eyni anda çəkdikləri fotoşəkilləri birləşdirərək maraqlı kolajlar əldə etmişlər. Cütlüyümüzün qovuşmaları diləyir və bu gözəl işlərini bəyənərək paylaşırıq… 🙂