3 yaşlı Siena, Koreya mənşəli bir Amerikalıdır. Buddha isə böyük bir Dobermandır. Aşağıdakı fotoşəkillərdən gördüyünüz kimi, Siena və Buddha bir-birlərinin ən yaxın dostudur. Dobermanlar “Velcro dog” (yapışqan it – tək adama həddindən artıq bağlanan it) olaraq tanınırlar. Buddha da Siena’ya bağlanmışdır. Siena’nın anası onlara “Cutie and the Beast” deyir: Məşhur nağıl (və Disney cizgi filmi) “Beauty and the Beast” dəki “Beauty” (Gözəl) getmiş, “Cutie” (Şirin) gəlmişdir. Fotoşəkillər də bu adın bu səmimi dostlara yerində qoyulduğunu göstərir 🙂