Deməli, bugün bir xəbər eşitdim. Daha doğrusu, hansı sosial şəbəkəyə daxil oldumsa, bu xəbərə rast gəldim. Doğrusu bu aralar, xüsusilə Dünya Çempionatı zamanı futboldan başqa yazı görmək qeyri – mümkün idi ana səhifələrdə.Halbuki , 18 iyuna qədər. Hər kəs bunu yazırdı, eşidən , görən hər kəs. “Araz kursları bağlanıb,liseylər bağlanır” – başlığı altında… Sarsıtmışdı və sarsıdır da bu xəbər sosial şəbəkələri.

Bəziləri sadəcə şayə olduğunu deyib, keçir. Bəziləri isə bu xəbərin ciddiliyini düşünür, nəzərə alır. Hər nə qədər real olması ağıla batan olmasa da, əyri oturub düz danışaq ki, bu qədər xəbər agentliyi və informasiya saytları birdən- birə belə boş bir şayə yayıb, camaatı yanlış maarifləndirmək istəməz. Şou-biznes haqqında olan verlişlərə getməsin , fikriniz. Söhbət agentliklərdən gedir, hansıki, öz mənfəətini güdür ,hamısı. Hansı ki, heç biri nə yalan xəbərlə oxucularını itirmək istəyər,nə də mövqeyini sarsıtmaq. Buradan belə nəticəyə gəlirik ki, bu xəbər çoxluq faiz təşkil edərək ,reallığı əks etdirir.Bəs, reallıq belə olmalıydı mı? Bu qədər şagirdlər “çöldə mi qalmalıdır ” ?

Hər nə qədər Araz kurslarını,liseyləri bağlasalar da, nə lisey uşaqlarını susdura bilərlər , nə də sənin , mənim, onun kimiləri. Həqiqətən də, türk liseylərindən hər il çox yüksək nəticələr qazanılır,hansı ki, istər ölkəmizdə ,istərsə də Beynəlxalq səviyyədə fərqləndirirlər Azərbaycanı. Qaldırırlar ucalara bayrağımızı. Bu da mı qane etmir ? Qane etməz,belə baxanda. Onlara gərək olan “Topaz”lardır, hansı ki ,ancaq maddiyət güdürlər. Hansı ki, “qumar qanuni deyil,günahdır, biz də islam ölkəsiyik” – deyib, qumarı qanuniləşdirirlər.Amma təhsilə gələndə, bağlayırlar, təhsil ocaqlarını.Nə imiş ? Nə imiş heç özləri də bilmirlər.Bu anlamsız siyasət adı altında, şagirdləri, uşaqları, gələcəyimiz adlandırdıqları gənclərin gələcəyinə xətt çəkirlər. İş orasındadır ki, xətti çəkəndə altından çəkərlər, daha qırmızı xətti üzərindən çəkib, cızmaqara etməzlər. Belə baxanda qınanılası nə var ki ? İstədikləri əlləri əsə – əsə , əsadan yapışa – yapışa , hələ də vəzifədə qalmaqdır.

Gənclər mi? Sadəcə gələcək ,gələcək deyə deyə, 300 manat maaşa qurban verirlər gəncliyimizi. Özləri masa arxasında, o ona söz atır, bu da bu birisinə. Bugün yatırlar ,yuxuda sözləri çəp gəlir, oyanıb deyirlər ki, bağlayacağam bu liseyləri. Hələ bir xoş xəbər kimi, sonluq yazırlar ki, Qafqaz Universitetinə daxil deyil. Niyə daxil deyil? Bircə orada rüşvət yoxdur, çünki. Narahatçılığa heç bir əsas yoxdur, sabah onun da “başına daş salarlar “. Hara qədər? Təkamül etməliyik biz.Geriyə doğru getməli deyilik. Nə istəyirlər? İran kimi müasirlikdən geri – geri gedib, hal-hazırdakı kimi olmaq. Biz heç o vaxtkı, İran qədər də müasir deyilik. Bir ölkədə ki, təhsilin önünü alırlar, təhsil ocaqlarını bağlayırlar,mənə təkamüldən danışmayın.Onlar nə anlar təkamüldən?

Yetər, artıq ! Bəsdir, aldız əlimizdən, hüquqlarımızı.Bəsdir, sildiz gələcəyə olan ümidlərimizi. Sonra da deyirsiz ki, Azərbaycanda alın ali təhsilinizi, nə gərək var xarici ölkələrə? Bax , buna görə gərək var. Ona görə gərək varki, sizin kimi oynamırlar,gələcəyimizlə. Sizinçün, pantamem oyuncaqları deyilik biz. Səsimizi çıxarmadıqca, daha da oynayasız bizimlə,gələcəyimizlə! Necə ki, özünüzü düşünürsüz, biraz da bizləri düşünün və elə bu sonluqda, bütün Lisey uşaqları, Araz kursu şagirdləri adından tələb edirəm ki, niyyətinizi bizə də anladın və oturun oturduğunuz yerdə artıq.

Müəllif: Səma Zadeh