1. Xərcləri azaltmağa çəkinməyin. İstənilən vaxt və istənilən yerdə həmişə artıq “yağlar” olur. Onlardan can qurtarmağa çəkinməyin.

  2. Ən kiçik xərclərin belə hesabını aparın, analiz edin. Doğurdandamı bu xərclərsiz keçinə bilməzsiniz?

  3. Xərclərinizi strateji (gəlir gətirən, fayda verən) və qeyri-strateji (yaşamaq üçün zəruri olan) xərclərə ayırın və bundan özünüzə nəticələr çıxardın.

  4. Resurs və gəlirlərinizi boş  yerə və yaxud həddindən artıq qeyri-stateji xərclərə istifadə etsəniz, özünüzü və ailə üzvlərinizi uyğun şəkildə cəzalandırın.

  5. Yenidən büdcə planı hazırlayın. Büdcə azaltmaları edərkən ailə üzvlərinizdən narahat olmayın. İnsanlar hər şeyə tez öyrəşir, adaptasiya olur.

  6. Yeni bir şeyi almağa hazırlaşarkən yaxşı – yaxşı fikirləşib xatırlamağa çalışın ki, bəlkə həmin əşyadan evdə artıq mövcuddur…Ya da onu əvəz edə biləcək analoqu tapıla bilər.

  7. Çalışın ki, sərbəst pulların heç olmasa bir hissəsini ehtiyyatda saxalayasınız. Beləki, böhranlı vəziyyətdə cəld tərpənib onlardan faydalana bilərsiniz.