Bowlingin izləri 7000 il əvvəl, Misirə qədər söykənir. Oyunun bu günkü forması 3 yada 4-cü əsrdə Almaniyada keçirilən dini mərasimdən formalaşıb. Bu mərasimdə idman və müdafiə məqsədilə daşınan “Kegel” adlı çubuqlar, uzun bir yolun sonunda düzülür və daş topla bu çubuqları aşırdan adamın günahlarından təmizlənəcəyinə inanardılar. İki əsr sonra, dini mənasını itirən oyun, xüsusilə zadəganların və torpaq sahiblərinin məşğul olduğu bir əyləncə halına gəldi. Vaxt keçdikcə diametri böyüdülən top, 15-ci əsrdən sonra o biri Avropa ölkələrinə də yayılmağa başladı. 16-cı əsrdə Şotlandiyaya, buradan da İngilis torpaqlarına köçürülən -doqquz pin bowling-  Amerikaya flamand köçləriylə gətirilmiş, sürətlə yayılmasına baxmayaraq oyun qumar formasını alınca bir çox əyalətdə qadağan edilmişdi. 

18-ci əsrin əvvəllərində, 10-cu pin əlavə olundu və oyun yenidən canlandırıldı. 

1895-ci ildə qaydaları və vəsaitləri standartlaşdırma məqsədiylə qurulan və yalnız kişi oyunçuları əhatə edən Amerikan Bowling Konqresi 1901-ci ildə ilk milli çempionatı təşkil etdi.

1916-cı ildə qurulan Beynəlxalq Qadınlar Bowling Konqresi sonrakı il milli turnir təşkil etməyə başladı. 

1952-ci ildə avtomatik kuka (robot) yerləşdiricisinin tapılmasıyla, bowling köklü bir dəyişiklik keçirdi, bowling salonlarının sayı sürətlə artmağa başladı və müasir halını aldı.