Uşaqlarınızı ucaboy görmək istəyirsinizsə, bunları edin

Uşaqların boyunun sürətlə uzanmasının sirri yaşıl yarpaqlı tərəvəzlərdə gizlənib. Boy uzanması genetik faktorlarla yanaşı, ətraf mühitlə də bağlıdır. Bu təsirlərin başında isə qidalanma yer alır. 

Türkiyəli dietoloq Yeşim İşgüzar, uşaqların boyunun sağlam uzanması üçün uşaqların inkişaf vaxtında nələr yeməli olduğunu bu cür sıralayıb:

Kalsium və fosfor sümüklərin inkişafına güclü təsir edir. Gündə 2 stəkan süd və ya süd məhsulları yedirin.

Körpəlik çağından etibarən qidalanma tərkibində kalsium olan bitkilər yedirin. Buraya cəfəri, ispanaq və təzə nanə kimi yaşıl yarpaqlı tərəvəzlər daxildir.

Boy uzanmasında proteinin də rolu vacib olduğu üçün hər gün 120 qram ət yedirin.

Sümükləri gücləndirən və böyümə hormonuna müsbət təsir edən digər bir qida da balıqdır. Balığın tərkibi omeqa3 yağı ilə zəngindir. Həftədə ən az 2 dəfə yeyilməsi çox faydalıdır. Uşağınız balıq yemirsə, həkimin tövsiyəsi ilə balıq yağı tabletləri verə bilərsiniz.

Ət sevməyən uşaqların protein qəbul etməsi üçün qidalanma rasionuna hər gün 1 porsiya paxla əlavə edin.

Sink də böyümə və inkişafa müsbət təsir edən müxtəlif hormonları aktivləşdirən mineraldır. Hər gün bir ovuc qoz, fındıq, fıstıq sink ehtiyacını qarşılayır.

Bədənin kifayət qədər D vitamini qəbul etməsi üçün günəş işığı da çox önəmlidir.

B12 vitamini də boy uzanmasına təsir edən ünsürdür.

Lazım olan vitamin və mineral qəbul etmək üçün hər gün 5 porsiya çiy tərəvəz və meyvə qəbul etmək lazımdır.