Bilindiyi kimi, Apple Facebook Google Amazon və oxşar firmalar işə kadr götürdüyü vaxt, namizədin düşünmə qabiliyyətini, problemlərə və hadisələrə yanaşma tərzini, metodologiyasını öyrənmək üçün çox qəribə suallar soruşur.

Bu sualların çox vaxt cavabları yoxdur. Çox fərqli cavablar tapmaq olar. Firmaların burada əsl məqsədi namizədin sualı kəşf etmə qabiliyyətini görmək, və problemə nə qədər yaradıcı yanaşacığını müşahidə etməkdir. Bu firmalarda işləmək üçün bu suallarka namizədlər yoxlanılır.

Bu suallar Hindistanda yayımlanan İndian Times qəzetinden çıxarılmışdır. Namizdlərin Hindistanlı olduğunu nəzərə alsaq, suallar heçdə təəcübləndirici deyil.

Şərhlərdə siz də suallara cavab verib, özünüzü sınaya bilərsiniz.

1- Vakansiya: Google / İdarə köməkçisi

Sual: Əlinizdə bir qutu qələm var. Bununla şəkil çəkmək, yazı yazmaq və sairədən başqa edə biləcəyiniz 10 şeyi sıralayın

2- Vakansiya: Amazon / Kadrlar Şöbəsi üzrə mütəxəssis

Sual: Əgər Marslı olsaydın, problemləri necə həll edərdin ?

3- Vakansiya: Apple / Stajer

Sual: Bir saatı ən yaradıcı şəkildə necə qırarsan

4- Vakansiya: Pacific Sunwear / Satış mütəxəssisi

Sual: Əgər bir yol nişanı olsa idin, hansı olardın

5- Vakansiya: Microsoft / Proqramist

Sual: Bir CD fikirləşin. Çox sürətli bir şəkildə fırlanır. Ancaq hansı tərəfə döndüyünü bilmirsiniz və başa düşmürsüz. Əlinizdə 2 iynə var. Bu iynələrin köməyi ilə CD-nin hansı tərəfə fırlandığını tapın.

6-Vakansiya: Facebook / Əməliyyat idarə etmə stajeri

Sual: Qabağınızda bir qutu var, içində N qədər ip var. Əlinizi qutuya uzadıb bir ipin ucunu o biri ipə bağlayırsınız. İplərin hamısını belə edərək bir birinə bağlayırsınız. Ümumi etdiyiniz əməliyyat sayısı nə qədərdir.

7- Vakansiya: Google / Məhsuk müdiri

Sual: Karlar üçün telefon düzəltməyin lazımdır. Bunu necə dizayn edərsən

8- Vakansiya: Twitter / İnsan resurları işcisi

Sual: Səni niyə işə götürməliyik

9- Vakansiya: Microsoft / Stajer

Sual: Bir lifti necə dizayn edərsən

10- Vakansiya: Tesla Motors / Mühəndis

Sual: 8 yaşında uşaqa dinamometreyi necə başa salarsan