Avtomobil dayanacağından tutmuş kassaya kimi  marketlər sizin daha çox pul xərcləməyiniz üçün hiylə işlədirlər.

    Marketə süd almağa gedirsiniz, ancaq bir dolu zənbillə qayıdırsınız. Marketoloqlar buna necə nail olurlar? Çox sadə. Beləki, bunun üçün marketlərin daxili quruluşu satışın stimullaşdırılmasına uyğun qurulmuşdur.

    Arabadan başlayaq… Bu əvəzolunmaz əşya 1938-ci ildə mağazadan daha çox şey daşıyıb çıxarmaq məqsədi ilə yaradılmışdır.

    Marketlərin ən gəlirli bölmələri hesab olunan çörək-bulka bölməsi çox vaxt girişdə yerləşdirilir ki, təzə bişmiş un məmulatları alıcıları ovsunlayaraq onları məhsul alışına sövq etsin.

http://imageshack.com/a/img673/2531/bRKy15.jpg

    Həmçinin marketoloqlar süd məhsulları kimi gündəlik tələbat məhsullarını mağazanın  ən uzaq küncündə yerləşdirirlər ki, siz onlara çatana kimi digər məhsullarla da tanış olasınız.

    Marketlərin əksəriyyətində bütün yol sağdan-sola istiqamətində qurulmuşdur ki, bununda əsaslı səbəbi var. Beləki, alıcıların əksəriyyəti marketdə olarkən sağ tərəfə gedib, özlərindən sağ tərəfdə yerləşən piştaxtalara baxırlar.

    Mağazanın bizə “sırımaq” istədiyi məhsullar isə həmişə göz önündə qoyulur ki, tez nəzərə çarpsın. Sağlam qida məhsulları isə reklamsız da satıldığına görə onlar hər zaman ən yüksək yerlərdə qoyulur.

http://imageshack.com/a/img901/9435/tfrpv2.jpg

    Şirniyyatlar, çipsilər, şirin və duzlu çöplər və s. kimi uşaq şıltaqlıqları isə uşaqların göz səviyyəsinə uyğun yerləşdirilir Laughing

    Supermarketlərdə həzin musiqi səsləndirilir. Həzin musiqi alıcılara sakitləşdirici təsir bağışlayır və onlar tələsmədən arxayın şəkildə market dəhlizlərin gəzirlər. Bu cür gəzintilər alıcıların büdcəsinə mənfi təsir edir.