Amerikalı Abigail Kingston yeni evlənmişdir, amma gəlinliyi yeni deyil, 120 illik yaşı var! Bu gəlinlik bir ailə fərdi tərəfindən ilk dəfə 1895-ci ildə geyinilmişdir. Abigail bu gəlinliyi geyinən 11-ci gəlindir. Bu gəlinlik bu illər ərzində mükəmməl şəkildə qalmamışdır. 120 yaşlı gəlinlik yaşından dolayı köhnəlmiş, rəngi saralmış və parçası incəlmişdir. 200 saatlıq bir çalışmadan sonra yalnız məhdud bir müddət üçün – kokteyl boyunca – geyinilə bilmişdir. Düşünürük ki, Abigail’dən sonrakı gəlin bu ənənəyə sadiq qala bilməyəcək. Hər nə olursa olsun, belə bir ənənəyə sahib, keçmişinə sadiq çıxan bir ailənin fərdi olmaq qürur vericidir.