Bu gözəl havalarda sizi gülümsədəcək 12 ürək oxşayan film

0
3413

Bu gözəl bahar günlərində, açıq havada gəzmək yerinə evdə həm əylənə biləcəyiniz, həm də vaxt itkisi olmayan ürək oxşayan bir film izləyim deyə düşünürsünüzsə, sizə hazırladığımız film siyahısı ilə kömək edə bilərik. 🙂


1. Blue Jasmine – Cate Blanchet’in aktyorluq dərsi verdiyi bu əyləncəli film, gözəl aktrisaya Oskarı qazandırmışdır. Filmi izləyərkən vaxtın necə keçdiyini anlamayacaqsınız.



2. Notting Hill – Notting Hill, gəlmiş keçmiş ən yaxşı romantik komediyalardan biridir. Bu gözəl günlərdə bu filmi hələ də izləməmiş, biriləri varsa, mütləq izləmələrini tövsiyə edirik.



3. Big Fish – Bu siyahıya Tim Burtonun fantastik təfəkkürünün məhsulu olan bir film də qoymaq istədik. Həftə sonunu bir nağılın içində keçirmək istəsəniz, bu film işinizə yarayacaqdır.



4. Bridesmaids – Bu film çox əyləncəli bir komediyadır. Melissa McCarthy komediyada nə qədər müvəffəqiyyətli olduğunun dəlili olan bu filmi mütləq izləməlisiniz.



5. Easy A – Emma Stonenin yeni parlamağa başladığı dövrdən sevimli və bir o qədər əyləncəli bir yeniyetmə filmi Easy A. istirahət etməyinizi təmin edəcəkdir.



6. The Royal Tenenbaums – Bu siyahıda bir Wes Anderson filminə yer verməmək olmazdı. Wes Andersonun rejissorluğunu etdiyi bu film absurdluqlarıyla insanı qəribə bir şəkildə gülümsədir.



7. Up – Bu siyahıda bir animasiyaya yer veriləcəksə, o təbii ki “Up” olmalıdır. Bu film qəlbinizi o qədər isidəcək ki, bir çox gerçək aktyorun verə bilmədiyi duyğuları bu filmdə tapacaqsınız. Əgər hələ də izləməmisinizsə günəşli bir həftə sonunu qiymətləndirmək üçün ən gözəl filmlərdən biridir.



8. What About Bob – Bill Murrayın tam bir dəli olduğunun sübutu olan bu film, ən müvəffəqiyyətli komediyalardan biridir. Həftə sonunun sıxıcılığını alıb, yeni addımlar atmağı öyrədəcəkdir.



9. There Is Something About Mary – Cameron Diazın ən gözəl olduğu illərdən sevimli romantik komediya filmidir.



10. The Bucket List – Jack Nicholson və Morgan Freeman kimi iki əfsanənin yer aldığı mükəmməl bir həftə sonu filmidir. Həm də həyatdaykən etməli olduğunuz şeyləri nəzərdən keçirməyinizi təmin edəcəkdir.



11. Yes Man – Jim Carreyin, Zooey Deschanel ilə birlikdə yer aldığı film mənəvi cəhətdən sizə müsbət təsir göstərəcəkdir.



12. Secret Life Of Walter Mitty – Stiller’in yaşlandıqca daha da yaxşı işlər ortaya qoyduğunu bu filmlə anlamış olduq. Secret Life Of Walter Mitty’ni siyahımızın sonuna əlavə etdiyimizə baxmayın, əgər izləməmisinizsə ilk məsləhət görəcəyimiz ümid dolu bir filmdir.


Thanks for rating this! Now tell the world how you feel through social media. .
Məlumat sizə necə təsir bağışladı? (Qeyd: hissiyatınız bizim üçün önəmli və əhəmiyyətlidir)
  • Normal və ya Razı 😉
  • Həyacanverici
  • Qəmgin 🙁
  • Hirsli :@
  • Utancverici
  • Sevindirici 🙂

Şərh bölməsi: