Böyük marağa səbəb olan iPhone X modelindən sonra “Apple”dan daha bir yenilik. Bu gün iPhone və iPad-lər  iOS 11 əməliyyat sisteminə keçəcək. Ancaq təəssüf ki, yeni versiya bütün modellərə şamil olunmayacaq. Belə ki, iPhone5 və iPhone 5C-dən üst səviyyədə olan (iPhone 5s, 5SE, 6, 6s, 6 Plus, 6s Plus, 7, 7 plus, 8, 8 plus və iPhone X) Apple telefon istifadəçiləri yeniliklərdən yararlana biləcəklər. Sizə yeni əməliyyat sisteminin maraqlı xüsusiyyətlərindən bir neçəsini təqdim edirik. 🙂

Siz yeni sistemdə “control centre”-ə daha çox funksiyalar əlavə edə biləcəksiniz.

60-dan çox yeni emojilərdən istifadə edə biləcəksiniz. 🙂

iPhone, iPad istifadəçilərinin yaşadığı fayl qəbul edilməsi problemi axır ki, IOS 11-də həllini tapdı. Bütün qəbul edilən fayllar bir arada ola biləcək.

Siri artıq həm də tərcüməçidir. İstədiyiniz söz və ya söz birləşmələrini yazmaqla müxtəlif dillərə tərcümə edə biləcəksiniz. 🙂

Siri-yə yalnız səsli mesaj deyil, həm də yazılı mesajlar göndərərək cavab ala bilərsiniz.

Safari-də məşğul olarkən bizi bezdirən reklamları da iOS 11-də blok edə biləcəyik.

Xüsusi olaraq iPad üçün yeni bir özəllik – klaviaturada yazarkən hərfi aşağı çəkərək eyni xanada yerləşən simvolu mətnə əlavə edə biləcəksiniz.

Ölkələr üzrə iOS 11-in yenilənmə saatları aşağıdakılardır.

Təbii ki yeniliklər bununla bitmir, digərlərini istifadə zamanı kəşf edəcəyik. 🙂