1881-ci ildə məşhur silah istehsalçısı Oliver Vinçesterin dul yoldaşı Sara Vinçester “Winchester” tüfəngləri ilə vurulan şəxslərin ruhlarından qorunmağın lazım olduğuna qərar verir. Bir rahib Saraya bu qorxuya görə Kaliforniyadakı evinə davamlı şəkildə otaq əlavə etməsini, beləcə, onu qovan ruhlardan qaça biləcəyini söyləyib.
Olduqca qəribə səslənsə də, Sara Vinçester bu fikirə tam olaraq inanıb və buna görə də ölənə 100 otaq, bir o qədər də nərdivan tikdirib.
İndi də bu mülk paranoyanın insana nə edə biləcəyini görmək istəyənlər üçün ziyarətə açıqdır.

Yaşıl yosunla örtülmüş ağaclarla, qurumuş yarpaqlarla örtülmüş bu qorxulu meşəni digərilərindən fərqləndirən maraqlı bir hekayəsi var.
Yaponiyadakı Fuji dağının ətəklərini əhatə edən bu meşənin əsl adı “Aokigahara”dır. Amma o, daha çox “intihar meşəsi” kimi tanınır. Səbəbi də intihar etmək istəyənlərin son məkan kimi buranı seçməsidir.
Vataru Tsurumuinin “İntihar” adlı kitabında “ölmək üçün mükəmməl bir yer”, – deyə qeyd edilir bura.
2002-ci ildə bu meşədə 78, 1998-ci ildə 73, 2006-cı ildə isə 16 cəsəd tapılıb. Cəsədlərin bəzilərinin yanında Tsurumuinin o “məşhur” kitabı da olub.
Bütün meşələrinin kənarında vurulan lövhədə, “Xahiş edirik, ocaq yandırmayın!” yazılsa da, burada “xahiş edirik, intihar etməyin, intihar etməmişdən əvvəl bir  daha düşünün” kimi lövhələr var.

“The Overtoun” körpüsü Şotlandiyanın Milton şəhəri  yaxınlığında olan və 1859-cu ildə inşa edilən ən böyük körpüdür. Bu körpünü bu qədər məşhur edən şey isə səbəbsiz hadisələrin bu körpüdə baş vgerməsidir.
Bu körpü itlərin buradan tullanıb intihar etməsi ilə məşhurdur. İlk hadisələr 1950 və 1960-cı illərdə baş verib. “Lessie” cinsli itlərin körpüdən atılması ilk hadisələrdən hesab edilir. Bəzi hadisələrdə sağ qalan hadisələr də olub. Ancaq həmin itlər sonra yenidən bu körpüyə çıxaraq intihar ediblər. Bu hadisəni daha da maraqlı edən bir başqa nöqtə isə oradan tullanıb intihar edən bütün itlərin həmişə eyni tərəfdən və eyni yerdən atılmasıdır.

Tayvanın şimalında olan San Zhi çox maraqlı bir obyektdir. Yüksək gəlirli elit təbəqə üçün lüks bir istirahət kəndi kimi tikilən San Zhi tikinti zamanı müəmmalı şəkildə baş verən və ölümlə nəticələnən qəzalar üzündən tamamlanmayıb. Layihənin dayanmasına səbəb olan əhəmiyyətli bir faktor isə bu söz-söhbətlərə görə keç kimin bu əraziyə sərmayə qoymaq və hətta ziyarət belə etmək istəməməsidir.
Bölgəni tenderə çıxaran dövlət və qəzaların baiskarı olan inşaat şirkəti hadisələri örtbasdır etməyə çalışsa da, nəticə olmayıb.

İspanca “La Isla da la Munecas”, yəni “Körpələr adası” kimi tanınan bu yer, bəlkə də Meksikanın ən qorxunc turist məkanıdır. Kanalların arasında olan ada sirli və batil inanclarla dolu bir yerdir. Adadakı bütün ağaclar insanlara davamlı izlənildikləri təəssüratını verən köhnə, qırıq gəlinciklərlə doludur. Adanın hekayə isə Don Julian Santana adlı bir nəfərin orada yaşamasıyla başlayıb.
O, evli olduğu halda ömrünün son əlli ilini tək yaşamağı seçib. Don Julian adanın ətrafındakı kanallardan birində boğulan kiçik bir qızın ruhu tərəfindən narahat edildiyini söyləyirmiş.
Bundan sonra isə o, köhnə, sınıq gəlincikləri toplayaraq adaya gətirir.
Maraqlıdır ki, 2001-ci ildə Don Julian Santana kiçik qızın boğulduğunu söylədiyi yerdə qardaş oğlu tərəfindən ölü tapılır.
Bu gün Körpələr adası dünyanın ən maraqlı turist mərkəzlərindən biridir.