Suriyada illərdir davam edən vətəndaş müharibəsi milyonlarla insanı pərişan edib. Qaçqınlara Türkiyə başda olmaqla çox az sayda ölkə iqtisadi güclərini aşacaq şəkildə dəstək verməyə çalışır. Səudiyyə Ərəbistan, Qatar kimi ölkələr isə qaçqınlara sığınacaq verməyi tamamilə rədd edir.

    Bu nöqtədə gözlər Naguip Sawiris adlı Misirli milyarder və iş adamının üzərinə cəmlənir. Naguip, “Orascom” adlı bir qrupun CEO’sudur. Qaçqınlara verməyi planlaşdırdığı dəstək isə inanılmazdır: Yunanıstan ya da İtaliyadan kimsəsiz bir ada satın almağı, buraya 200 min sığınacaq axtaran qaçqınları yerləşdirməyi, onları evlə və işlə təmin etməyi düşünür. Eyni zamanda məktəb, xəstəxana və universitet də tikdirməyi öhdəsinə götürür.

    Gördüyümüz qədəriylə bu şəxs tək başına, qaçqınlar üçün böyük ölkələrdən daha çoxunu etməyə çalışacaqdır. CNNə müsahibəsin də isə belə demişdir:
  
“Yalnız icazəyə ehtiyacım var. Ada üçün ödəməni edəcəyəm, işlərə də başlayacağam.”
 
    Naguip’in planı “inana bilməyəcəyimiz qədər gözəldir” … Bu sözünü tutub tuta bilməyəcəyini bilmirik; amma ən azından bu bizi yaxşı hiss etdirir: Naguip, bu cür yardımlara uzaq birisi deyil. Mənsubu olduğu Sawiris ailəsi, Misirdə çox yaxşı tanınan bir yardım vəqfinin qurucusudur. Bu səbəblə ümidliyik …
Nə düşündünüz?
Like
Love
Haha
Wow
Sad
Angry

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here