Dəbdən geri qalmayanlardansınızsa, bu payız geridə qalan trendləri və onları nə ilə əvəz etməli olduğunuzu öyrənməyiniz şərtdir.

1. Lampasse şalvarları

2018-ci ilin yaz-yay sezonunda hər ikinci qızın əynində gördüyünüz lapmasse şalvarlarını geridə qoymaq və tək rəngli şalvarı qarderova daxil etmək zamanıdır.

2. Valentinonun tikanlı sandaletləri

Gözəl və incə olmasına baxmayaraq, bu sandaletlər tərzinizi bəsitləşdirəcək. Bunu istəmirsinizsə, zamşa dikdabanlarına üstünlük verin.

3. Gecəlik tərzində toplar

Əksər xanımların israrla geyinməyə davam etməsinə baxmayaraq, sözü gedən toplar çoxdan tarix oldu. Onları tək qollu toplarla əvəz etməyin zamanıdır.

4. Qısa və enli şalvarlar

Bütün xanımların qəlbini qazanan bu şalvarları təəssüf ki, özümüzlə payız sezonuna apara bilmirik. Alternativ olaraq uzun, enli şalvarları qarderobunuza daxil edin.

5. Oversize denim gödəkçələr

Həm idman, həm də klassik üslubu rahatlıqla tamamladığımız oversize gödəkcə artıq bir neçə sezon idi ki, dəbdən düşmürdü. Zamanı deyilmi? Bu onu rəfin arxa tərəflərinə yerləşdirib, üst qismə trench və ya toxunma kardiqan alıb qoya bilərsiniz.