Bəzən həyatınızda elə insanla qarşılaşırsınız ki, o qədər uyğun olursunuz ki, onun sizin üçün yaradıldığını düşünürsünüz. Bəzən isə, bunun tam əksi olur, qarşılaşdığınız insanla sizin fikirləriniz, hissləriniz tamamilə fərqli olur. Bunlar bürclərə nəzərən də izah oluna bilər. Sizə bürclərin müəyyən xarakterlərini təqdim edirik, seçimləri isə sizə buraxırıq… 🙂

            Oğlaq bürcü – Bu bürcün nümayəndələri çalışqan və özünü işə həsr edən olurlar. Onlar  çox mühafizəkar və həyatı ciddiyyə alan xarakterə sahibdirlər. Oğlaq bürcü müstəqilliyindən zövq alır, ancaq bununla yanaşı həyatında onu sahiblənən şəxsi də dəyərləndirirlər. Görünür ki, laqeyd və biganə davransa da, həyatında özəl biri olduğu zaman özünü ona aid hiss etməyi bacarır, bu fikir onların sevgiyə olan münasibətini göstərir.

Oğlaq bürcünə əyləncə sevən və həyatına həyəcan qatan insan lazımdır. Eyni xüsusiyyətlərə sahib insanı cəlb etməkdə maraqlıdırlar. Onlar birlikdə işləyəbiləcəyi və əylənəbiləcəyi insanı axtarırlar. Onlara cəsarət verən insanı da qiymətəndirirlər.

            Dolça bürcü – Bu insanlar çox yenilikçidirlər, bu onların sevgi həyatının ən əyləncəli hissəsidir. Onlara müstəqillik, əyləncə və biraz da sevgi lazımdır. Ağılla hərəkətə üstünlük verən bu şəxslər hər saniyə düşünürlər. Onlar asanlıqla ağrını və zövqü idarə edə bilirlər. Dolçalar mühakimə edərkən şəxsi qərəzlərini bildirmirlər, obyektiv rəy verirlər.

Onların tərəf-müqabili enerjili, yüksək əhval-ruhiyyədə olan və sevgi hisslərini güclü ifadə edə bilən biri olmalıdır. Şəhvətli və istiqanlı tərəfdaşı qiymətləndirirlər. Dolçalar səmimi və ünsiyyətcil partnyor istəyirlər, bu onların münasibətlərini optimistləşdirir. Münasibətlərində ən çox ehtiyac duyduqları mənəvi dəstəkdir.

            Balıqlar – Balıqlar çox düşüncəlidirlər və həyata daha müsbət yanaşırlar. Onlar xarizmatik və pozitiv insanlardırlar. Çox sadədirlər və narahat olduqları mühitdə bunu açıq şəkildə bildirirlər, ancaq başqalarının onlar haqqında nə düşündüklərinə məhıl qoymurlar. Maraq dairəsi eyni olan insanlarla söhbəti sevirlər.

Onlar özlərinə çox sevən və onları həqiqətən də yaxşı başa düşən insan axtarırlar. Tərəf-müqabilindən sədaqət və fədakarlıq istəyirlər. Onların ürəyini qazanmaqda romantik jestlər sizə kifayət qədər kömək edə bilər.

            Qoç – Onlar çox praktiki və hesablanmış addımlar atırlar. Hər şeyin səthi mənasından əlavə alt mənasını da tapmağa cəhd edirlər. Ətrafında nələrin baş verdiyini düşünmək və müşahidə etmək üçün tək olmağı üstün tuturlar.

Balıqlar bürcündən olan şəxslər intellektli və özgüvəni olan şəxslərə asanlıqla vurulurlar. Düzgün və sadə insanın yanında özlərini rahat hiss edirlər. Onların partnyoru hər mövzuda danışmağa açıqdırsa, ünsiyyət qurmaq asan olacaq.

            Buğa – Bu bürc daha maraqlı və tələbkardır. Onların öz həyatlarını maraqlı və əyləncəli etmək üçün özlərinin yaratdıqları üsullar var. Çox sadiq və sədaqətli insanlardılar. Partnyorlarını ehtirasla sevirlər.

Onlara sevgi və istilik göstərən insanı üstün tuturlar. Onlar insanları güclü motivasiyası və həyatda istəklərinə nail olmaq mövqeyinə görə cəlb edirlər. Buğa bürcünün sevgisini qazanmaq üçün əsas meyar sədaqətdir.

            Əkizlər – Əkizlər yeni olan hər şeyə cəhd etməyi, maraqlanmağı sevirlər. Onlar sosial dairəsi geniş olan insanlarla ünsiyyət qurmağı xoşlayırlar. Həyatda həyəcan və əyləncə axtarışındadırlar. Kimsə onların əksinə danışırsa, həmin şəxsi görməməzlikdən gəlirlər və bu onları narahat etmir. Onlar bir çox sahədə istedadlı olsalar da, bu maliyyə sahəsinə aid edilə bilməz.

Onların partnyorlarından tələbi çox sadədir. Əkizlər bürcü ilə münasibət qurmaq istəyən şəxs çox açıq sözlü, diqqət gözləməyən və qətiyyən dram yaratmayacaq biri olmalıdır. Onlar kompliment istəyirlər, bu onlara xoş və əyləncəli görünür.

            Xərçəng – Xərçəng bürcündən olan şəxslər anlayış və empati duyğusuna sahibdilər. Onlar həyatlarında olan insanlara qarşı çox həssasdırlar. Münasibətləri üçün əllərindən gələni edirlər, ancaq onların təvəzökarlıqlarından sui-istifadə etməyə imkan vermirlər. Hansı problemlərlə üzləşirlər üzləşsinlər, daha güclü ola bilirlər.

Bir qədər özlərinə oxşar xasiyyətli insan axtarırlar. Digər bürclər kimi sevgi, sədaqət və qayğını sevirlər, ancaq xərçəng bürcünün bu tələbi daha üstündür. Onlara yaxın olmaq elə də asan deyil, bunun üçün inamını qazanmaq lazımdır. Bir insan ki səbrlidir və dəyişkən deyil, xərçəng həmin şəxslə uzunmüddətli münasibət qura bilər. Onlar üsyankar və cəmiyyət qaydalarına riayət etməyən insanlardırlar, ictimai ənənələrə və normalara qarşı olan bir şəxs onlar üçün yaxşı seçimdir.

            Şir – Şir bürcünə aid olan şəxslər səmimi və inamlı insanlardır. Onlar yeniliklər etməyə hər zaman maraqlıdırlar və enerjilidirlər. Həyata baxışları rasional və analitikdir. Hisslərini açıq ifadə etməsələr də, ancaq tez əsəbləşirlər.

Şirlər partnyorlarından eyni keyfiyyətləri gözləyirlər. Onlar qarşı tərəfdən hisslərini bildirməsini istəyirlər, çünki özləri bu mövzuda yaxşı deyillər. Əyləncəli insanla olmaqdan zövq alırlar. Onları əsəbləşdirmək şir yuvasına girmək kimidir. 🙂

            Qız – Qızların özünəməxsus maraqlı şəxsiyyəti var. Onlar anlayışlı və düşüncəlidirlər. Bu bürcdən olan şəxslərin münasibət qurması çox vaxt alır. Partnyorlarından münasibət qurmaq üçün çox səy və inam yaratmasını gözləyirlər. Qız bürcündən olan şəxslər təvəzökardırlar və qarşı tərəfə yaxşı motivasiya verə bilirlər.

Qız bürcü ilə münasibət qurmaq istəyən şəxs özü cəsarətli olub münasibəti başlamalıdır, çünki qız bürcü bu mövzuda utancaqdır. Onların təbiətin gözəlliyini dərk edən, insanlığa qiymət verən şəxsə ehtiyacı var.

            Tərəzi – Bu bürcdən olan şəxslər sosialdırlar və toplaşmağı sevirlər. Onlar adətən ünsiyyətcildirlər, münasibətləri mürəkkəbləşdirməyi sevmirlər. Həyatlarında məqsədləri olsa da, məqsədləri və özü arasında bariyer var –  bu da tənbəllikdir.

Onların ehtiyac duyduğu şəxs cəsarətli və onları uğur qazanmağa vadar edən biridir. Onlar stabil münasibət axtarırlar. Kimsə onlara fikirlərini, emosiyalarını tam ifadə etməlidir. Hər şeydə ona üstünlük verən biri lazımdır.

            Əqrəb – Əqrəblər azadlığı sevirlər. Onlar çox ehtiraslıdırlar və özlərini açıq ifadə edirlər. Çox vaxt hadisələrini nəticəsi haqqında düşünmədən hərəkət edirlər, bu da həmişə onlara narahatlıq yaradır. Hər şey haqqında maraqlanan insanlardırlar.

Əqrəb bürcü eyni emosiyalara sahib olan və ünsiyyət qurmaqda rahat ola biləcəyi şəxs axtarır. Onlar problem yaşadıqları təqdirdə belə onların yanında olacaq insana ehtiyac duyurlar. Həmin şəxs əqrəbin inamını qazanmaqda səbrli olmalıdır. İnamı və sədaqəti hər şeydən üstün tutan bu bürclərin inamını qazanmaq xeyli vaxt alır.

            Oxatan – Bu bürcdən olan şəxslər yüksək əhval-ruhiyyəyə və enerjiyə sahibdirlər. Onların həyata yanaşması olduqca optimistdir və yeni mədəniyyətlər kəşf etməyi sevirlər. Oxatanlar münasibətdə müstəqilliyə önəm verirlər, ancaq kiməsə aşiq olduqları vaxt öz partnyorlarında bunu bir qədər məhdudlaşdırırlar. Onlar çalışqandırlar və özlərini məqsədlərinə nail olmağa məcbur edirlər.

Onlar yumor hissi yaxşı olan insanları xoşlayırlar. Onların da emosiyalarını bildirən partnyora ehtiyacları var, çünki çox zaman bunu özləri bildirmirlər.

Sonda isə oxuculara bildirmək istəyirəm ki, özünüzü başqasına uyğunlaşdırmağa çalışmayın. Sizə uyğun insan mütləq vardır. 🙂