Amazon çayı delfininin (Inia geoffrensis) rəngi ağılda qalıcı parlaq çəhrayı rəngdən xoş olmayan bir qəhvə rənginə, boz, mavi-boz rəngdən krem ağ rəngə qədər dəyişiklik göstərə bilər. Yetkin fərdlər tipik olaraq 2,5 metr boyunda və 150 kq ağırlığında olur. Gövdə ölçülərinə görə yan üzgəcləri böyükdür və arxaya doğru qıvrılır. Amazon çayı delfininin kürək üzgəci yoxdur ancaq kürəyindəki çıxıntı təkamüllü olaraq keçmişdə bir kürək üzgəci olduğunu göstərir . Olduqca diqqətə çarpan, incə və uzun bir ağızı və həm alt, həm üst çənədə 25-35 cüt dişi vardır. Ön dişlər çəngəl şəklində, arxa dişlər iti uclu amma daha düzdür. Öndəki dişlər ovu tutmağa arxadakiıar də əzir. Amazon çayı delfinləri, ümumiyyətlə çay bazasından qidalanır və seçdikləri ovlar xərçəng və kiçik balıqlardır. Bəzən kiçik tısbağaları da yeyirlər. Gözləri kiçik olmasına baxmayaraq olduqca yaxşı görə bilirlər, ancaq çölə çıxıq yanaqları səbəbiylə aşağını çox yaxşı görə bilməzlər.