Serbiyanın Bajina Basta şəhəri yaxınlığında, Drina çayının ortasında olan bu maraqlı çay evi, National Geographic jurnalında yer aldıqdan sonra, bu bölgəni ziyarət edən səyyahlar tərəfindən olduqca maraq görməyə başlandı. Güclü bir axıntıya sahib, olduqca soyuq olan çayın ortasındakı bir qaya üzərinə tikilmiş ev isə görənləri təəccübləndirir. 68-ci illərdə gənclər tərəfindən, üzmək və günəş vannası qəbul etmək üçün tikilmiş olan ev 45 ildir orada dayanır. Sel və şiddətli küləklər evə dəfələrlə zərər vermiş olsa da, hər dəfə yenidən təmir edilmişdir. Balkanlarda yerləşən Drina çayı, Sava çayının 346 km boyundakı ən böyük qoludur. Çayın böyük bir hissəsi Serbiya ilə Bosniya – Herseqovina arasında sərhəddi yaradır. Drina çayı, Bosniya – Herseqovinada: Foça , Srebrenica, Gorajde, Visegrad, Bratunac, Zvornik, Janja şəhər və qəsəbələrinin içərisindən keçir. Serbiyada Ljubovija, Mali Zvornik, Banja Koviljača, Loznica, Lozničko Polje, Badovinci məskunlaşma yerlərindən keçir. Visegrad şəhərində çayın üzərində olan Drina Körpüsü isə bir çox yönü ilə olduqca məşhur olan bir körpüdür.