Centlmen kişidə eqo yoxdur. O, dünyanın onun ətrafında fırlanmadığını bilir. Hamıya bərabər yanaşır və eyni cür də hörmət edir.

Centlmenlər görüş yerinə heç vaxt gecikməzlər. Geciksələr belə, aydın bir səbəb göstərib, üzr istəməyi bacararlar.

Centlmen üçün qadın həmişə birincidir. Avtomobilin qapısını açar, qadınlara yol verər, arxa planda qalmaqdan çəkinməz.

Centlmen mənasız zarafatlar və əl-qol hərəkətləri etməz.

Zorakılıq centlmendə əsla olmayan xüsusiyyətdir. Bütün xüsusiyyətləri olsa belə, zorakılığa meyli olan şəxs heç vaxt centlmen sayıla bilməz.

Centlmenlər həmişə baxımlı və kübardırlar. Qarşılarındakı ilə necə davranmaq lazım olduğunu yaxşı bilirlər.