Xanım Yanq Çinin Şandun əyalətində yerləşən fabriklərin birində işləyirdi və gecə növbəsinə qalmışdır. Artıq gecə saat 02:00 idi və Yanqın telefonuna zəng gəlir. Zəng onun keçmiş həyat yoldaşından edilmişdir. Yanq həm cavab vermək istəmir, həm də məşğul olduğundan cavab vermir.

    Keçimiş xanımının hərəkətinə qəzəblənən kişi səhər tezdən qadının iş yerinə gəlir və onun üstünə hücum çəkir. Qəzəbli kişi Yanqın burnunu qopardır və udur.

    Qadın dərhal xəstəxanaya çatdırılmışdır. Yanqın burnu tamamilə deformasiyaya uğrayıb və burnunun tənəffüsünü bərpa etmək üçün qadını bir neçə ağır əməliyyat gözləyir.

    Yanq və onun həyat yoldaşı boşanıblar. Yanqın keçmiş həyat yoldaşı daha öncə bir neçə dəfə evli olub və onun bu evlilikdən iki övladı var. Bir müddətdən sonra yanqın da oğlu dünyaya gəlir. Elə bu vaxtdan etibarən kişi dəyişilir və qəribə hərəkətlər etməyə başlayır. Beləki, o, Yanqı oğlunu satmağa və əldə olunmuş pulla əvvəlki nikahdan olan uşaqların gələcəyin təmin etmək istəyirdi. Yanq kəskin şəkildə etiraz edir və boşanır. Bundan sonra qadını təqiblər və hədə-qorzu izləyir. Yanqın keçmiş həyat yoldaşı axtarışdadır və hələd əd tutulmayıb.